Icma.az
close
up
RU
Laçının işğaldan azad olunması tarixi ədalətin bərpası və Böyük Qayıdışın rəmzidir ŞƏRH

Laçının işğaldan azad olunması tarixi ədalətin bərpası və Böyük Qayıdışın rəmzidir ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın qəhrəmanlıq salnaməsinə yazılan ən parlaq səhifələrdən biri 2020-ci ilin Vətən müharibəsində Laçının işğaldan azad olunmasıdır. Bu hadisə yalnız hərbi zəfər deyil, həm də xalqımızın iradəsinin, milli birliyinin və dövlətçiliyimizin sarsılmazlığının təntənəsi idi. Cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə həyata keçirilən tarixi missiya nəticəsində Laçın yenidən Azərbaycanın ayrılmaz parçasına çevrildi. Dövlət başçısı çıxışlarında dəfələrlə qeyd edib ki, “Laçın dəhlizi Azərbaycanın suverenliyini və milli təhlükəsizliyini təmin edən strateji yoldur.” Bu fikirlər həm də tarixi ədalətin bərpasının dövlətçilik fəlsəfəsindəki dərin məna yükünü göstərir. Laçın şəhəri günü bu baxımdan sadəcə bir bayram deyil, həm də qələbəmizin, şəhidlərimizin qanı ilə yazılmış müqəddəs dastanımızın rəmzidir. Bu gün Laçında yenidən həyat canlanır, quruculuq və abadlıq işləri aparılır, insanlar doğma yurdlarına qayıdırlar. Böyük Qayıdış proqramı Laçını dirçəlişin və gələcək inkişafın məkanına çevirir.

Hər bir azərbaycanlı üçün Laçın adı müqəddəsdir. O, yalnız coğrafi məkan deyil, həm də Vətən sevgisinin, milli qürurun və mübarizə ruhunun təcəssümüdür. Laçının işğaldan azad olunması ilə Azərbaycan xalqı bir daha göstərdi ki, heç bir güc onu haqq yolundan döndərə bilməz. Laçın şəhəri günü həm də azadlıq eşqimizin, milli iradəmizin və müzəffər ordumuzun qələbəsinin əbədi bayramıdır. 2020-ci il Vətən müharibəsində əldə edilən tarixi zəfərlə Laçının işğaldan azad olunması Azərbaycanın strateji üstünlüyünü təmin edən əsas hadisələrdən biri oldu. Laçın coğrafi mövqeyinə görə mühüm strateji qovşaqdır və bu gün Azərbaycanın təhlükəsizlik arxitekturasında xüsusi yer tutur. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, “Laçın rayonunun işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında həlledici mərhələdir.” Bu, həm də regionda yeni geosiyasi reallıqların formalaşmasına səbəb oldu. Azərbaycan bu gün yalnız hərbi gücü ilə deyil, həm də diplomatik mövqeləri ilə bölgədə aparıcı rol oynayır. Təbii ki, Laçın şəhəri günü təkcə bir qələbənin xatırlanması deyil, həm də dövlətimizin müasir inkişaf strategiyasının təzahürüdür. Burada aparılan bərpa və yenidənqurma işləri Azərbaycanın güclü iqtisadi imkanlarını və siyasi iradəsini göstərir. İnfrastruktur layihələri, sosial obyektlər və yaşayış binalarının inşası Laçını qısa zamanda Cənubi Qafqazın ən müasir şəhərlərindən birinə çevirməkdədir. Eyni zamanda, Laçın Böyük Qayıdışın praktiki müstəvisini təşkil edir. Buraya qayıdan hər bir ailə dövlətin və xalqın qətiyyətinin təcəssümüdür. Bu, həm də Azərbaycanın regionda sabitlik və davamlı inkişafı təmin etmək əzminin bariz göstəricisidir. 28 may 2023-cü il tarixindən başlayan Laçına qayıdış laçınlıların doğma yurd həsrətinə son qoyub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşmüş, evlərin açarlarını onlara təqdim etmişdir. Cənab Prezident həmin görüş zamanı çıxışında söyləmişdir ki: “ Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib. Böyük dağıntılara məruz qalmış bu qədim diyarda yenidənqurma sürətlə aparılır. Hazırda şəhər daxilində yeraltı kabel xətlərinin çəkilişi davam edir. Rayonun Zabux, Cağazur, Qorçu, Qaragöl istiqamətində elektrik şəbəkələrinin yenilənməsi yekunlaşıb, Şəlvə, Qaragöl, Sus, Bəylik, Zağazur, Minkənd istiqamətinə çəkilən 35 kV-luq hava xətti başa çatdırılıb. Quşçu kəndində isə yeni ÖİN-3 kabel hava xəttinin çəkilişinə başlanılıb. Hal-hazırda şəhər ərazisində yeni 35/0.4 kV-luq yarımstansiya və rəqəmsal idarəetmə mərkəzinin, eləcə də Minkənd ərazisində yeni 110/35/10 kV-luq yarımstansiyanın tikintisi üçün hazırlıq işləri görülməkdədir.

Beləliklə, Laçın şəhəri günü yalnız tarixə bağlı bir gün deyil, həm də Azərbaycanın bu günü və gələcəyi üçün strateji əhəmiyyət daşıyan hadisədir. Bu gün biz həm qələbəmizi, həm də gələcək inkişaf yolumuzu qeyd edirik.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see305

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see248

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see238

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see168

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see163

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see155

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see143

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see142

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see140

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see138

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see137

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see136

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see136

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see133

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see132

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see129

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see128

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see128

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see127

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri