Icma.az
close
up
RU
Laçının regionda inkişaf perspektivləri

Laçının regionda inkişaf perspektivləri

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə ilə tarixin gedişatını dəyişdi, uzun illər işğal altında qalmış torpaqlarını azad etdi və ərazi bütövlüyünü bərpa etdi. Bu möhtəşəm zəfər yalnız hərbi gücün deyil, həm də siyasi iradənin, diplomatik məharətin və milli həmrəyliyin təntənəsi oldu. Azadlıq uğrunda canlarını fəda edən igidlərin qəhrəmanlığı ilə bərpa olunan tarixi ədalət Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldı. Bu zəfərin ən parlaq səhifələrindən biri də Laçının işğaldan azad olunmasıdır. Zəngin təbiəti, qədim mədəni irsi və strateji mövqeyi ilə seçilən Laçın Azərbaycan üçün hər zaman xüsusi əhəmiyyətə malik olub. Onun azad olunması təkcə hərbi qələbə deyil, həm də xalqımızın mənəvi gücünün, dövlətimizin əzminin rəmzinə çevrildi.

1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın Azərbaycanın ən ağır itkilərindən biri oldu. Rayonun 1 şəhəri, 1 qəsəbəsi və 125 kəndi boşaldıldı, 70 minə yaxın sakin doğma yurdunu tərk etməyə məcbur oldu. İşğal nəticəsində 300-dən çox hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. Ermənilər təkcə torpaqlarımızı işğal etməklə kifayətlənmədilər, həm də Laçının iqtisadi və mədəni varlığını məhv etdilər. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, yüzlərlə inzibati bina dağıdıldı.

Məscidlərimiz təhqir edildi, qəbiristanlıqlar dağıdıldı. Eyni zamanda, Laçının zəngin təbii sərvətləri talan edildi, qanunsuz məskunlaşdırma siyasəti aparıldı. Bu, beynəlxalq hüququn bütün normalarına zidd hərbi cinayət idi və dünya ictimaiyyətinin gözü qarşısında baş verirdi. Laçının işğalı həm də strateji baxımdan çox ağır nəticələr doğurdu. Çünki bu rayon Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında birbaşa əlaqə yaradırdı. Beləliklə, Laçının itirilməsi sonrakı işğalların başlanğıc nöqtəsinə çevrildi.

Azərbaycan Ordusunun qəhrəmanlığı və Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi nəticəsində 2020-ci il 1 dekabrda Laçın rayonu bir güllə atmadan Azərbaycana qaytarıldı. Bundan əvvəl, noyabrın 9-da rayonun Güləbird, Səfiyan və Türklər kəndləri işğaldan azad edilmişdi.

2022-ci il avqustun 26-da isə Azərbaycan Ordusu Laçın şəhərinə, Zabux və Sus kəndlərinə tam nəzarəti bərpa etdi. Bu tarixi hadisə ölkəmizin hərbi-siyasi gücünün təntənəsi kimi yaddaşlara yazıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə həmin gün Laçın Şəhəri Günü elan edildi. Bu, həm simvolik, həm də siyasi baxımdan mühüm addım idi – xalqımız artıq 30 illik həsrətə son qoymuşdu. Beləliklə, Laçında genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi. Dövlətin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində yüzlərlə ailə artıq Laçına qayıdıb. Məcburi köçkünlər üçün yeni evlər tikilib, yollar salınıb, sosial və mədəni infrastruktur bərpa olunub. Bu gün Laçında yeni məktəblər, səhiyyə müəssisələri, yaşayış kompleksləri və mədəniyyət ocaqları istifadəyə verilir. Şəhərin baş planında müasir “15 dəqiqəlik şəhər” konsepsiyası əsas götürülüb. Bu yanaşma insanların gündəlik ehtiyaclarını yaxın məsafədə ödəməsinə, ekoloji təmiz və rahat həyat sürməsinə imkan yaradacaq.

Laçının gələcək inkişafı üçün həyata keçirilən ən mühüm layihələrdən biri Laçın Beynəlxalq Hava Limanıdır. Yeni istifadəyə verilən bu aeroport Azərbaycanın ən yüksəkdə yerləşən hava limanı olmaqla yanaşı, həm də bölgənin strateji və iqtisadi inkişafına mühüm töhfə verəcək. Bu infrastruktur yalnız Laçın və Qarabağ üçün deyil, bütövlükdə regionun turizm və nəqliyyat əlaqələri üçün yeni imkanlar açacaq. Bundan əlavə, Laçında bulvar, istirahət mərkəzləri, asma körpülər, kotteclər və kanat yolu layihələri həyata keçirilir. Bu yeniliklər Laçını yaxın gələcəkdə Azərbaycanın ən cazibədar turizm mərkəzlərindən birinə çevirəcək.
Laçının işğaldan azad olunması yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də milli qürurumuzun dirçəldilməsi deməkdir. Bu gün Laçın dirçəliş dövrünü yaşayır və bu, bütün Azərbaycan üçün ümid və güc mənbəyidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Biz buradayıq və burada əbədi olacağıq.”
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Avqust 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see475

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see276

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see270

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see266

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see256

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see250

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see245

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see242

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see238

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see217

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see209

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see207

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see203

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see196

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see195

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see191

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see177

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see176

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see176

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri