Icma.az
close
up
RU
Laçının yeni inkişaf salnaməsi: Zəfərdən dirçəlişə

Laçının yeni inkişaf salnaməsi: Zəfərdən dirçəlişə

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Tarixdə elə şəhərlər var ki, onların adı təkcə bütöv bir xalqın iradəsini, mübarizəsini və qələbəsini ifadə edir. Laçın məhz belə şəhərlərdən biridir. 26 Avqust – Laçın Şəhəri Günü Azərbaycanın dövlətçilik iradəsinin, tarixi ədalətin bərpasının, Böyük Qayıdışın və qurucu dövlət siyasətinin rəmzinə çevrilib.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elnarə Akimova söyləyib. O qeyd edib ki, 1992-ci il mayın 18-də Laçının işğalı Azərbaycanın müasir tarixinin ən ağır faciələrindən biri oldu. Şuşadan sonra Laçının da düşmən nəzarətinə keçməsi Ermənistanla Qarabağ arasında quru dəhlizinin yaradılmasına səbəb oldu və sonrakı faciələrin başlanğıc nöqtəsinə çevrildi. İşğal dövründə yüzlərlə insan həlak oldu və itkin düşdü, on minlərlə laçınlı doğma yurdundan didərgin salındı, yüzlərlə məktəb, xəstəxana, mədəniyyət müəssisəsi, tarixi abidə dağıdıldı, təbii sərvətlər talan edildi.
“Lakin tarix göstərdi ki, heç bir işğal əbədi olmur. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Həmin gün Azərbaycanın Dövlət Bayrağı yenidən Laçın səmasında dalğalandı və tarixi ədalət bərpa olundu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə avqustunun 26-nın Laçın Şəhəri Günü elan edilməsi də məhz bu tarixi qələbənin dövlət səviyyəsində əbədiləşdirilməsi olub”, - deyə Elnarə Akimova vurğulayıb.
Depuata bildirib ki, Prezident İlham Əliyevin Laçına münasibəti sadəcə dövlət başçısının bölgəyə diqqəti deyil, milli inkişaf strategiyasının ayrılmaz hissəsidir. Dövlətimizin başçısı Laçının gələcəyi barədə danışarkən bu sözləri söyləyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”. Bu fikir artıq sadəcə vəd deyil, reallıqdır. Çünki Laçın bu gün dünyanın ən sürətlə bərpa olunan şəhərlərindəndir”.
Müsahibimiz diqqətə çatdırıb ki, Prezident azad olunmuş Laçına dəfələrlə səfər edib və hər səfər yeni layihələrin, yeni müəssisələrin, yeni yaşayış məntəqələrinin istifadəyə verilməsi ilə yadda qalıb: “2021-ci ildə Güləbird Su Elektrik Stansiyasının açılışı, Laçın Beynəlxalq Hava Limanının təməlqoyması, 2022-ci ildə Azərbaycan Bayrağının Laçında ucaldılması, 2023-cü ildə Böyük Qayıdışın başlanması, məktəbin, “Həkəri Balıq Təsərrüfatı”nın, sənaye müəssisələrinin açılışı, Zabux sakinləri ilə görüşlər, 2024-cü ildə Sus kəndinin istifadəyə verilməsi və yeni su elektrik stansiyalarının açılışı, 2025-ci ildə Bəylik kəndinin açılışı, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, “Laçın” İstirahət Kompleksinin, tikiş və ayaqqabı fabriklərinin fəaliyyətə başlaması, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şəriflə keçirilən tarixi Zirvə görüşü, 2026-cı ildə isə “Həkəriçay” su anbarının təməlqoyması və yeni su elektrik stansiyalarının açılışı göstərir ki, Laçın yalnız bərpa edilmir, gələcəyin inkişaf mərkəzinə çevrilir.
Bu gün Laçın yaşıl enerji bölgəsinə çevrilməkdədir. Rayonun elektrik tələbatı bərpaolunan enerji hesabına ödənilir. Laçının nəqliyyat infrastrukturu da tamamilə yenilənir. Kəlbəcər–Laçın avtomobil yolu, çoxsaylı tunellər və körpülər regionun iqtisadi inteqrasiyasını sürətləndirir. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən Laçın Beynəlxalq Hava Limanı isə Azərbaycanın mühəndislik imkanlarının və strateji baxışının növbəti təntənəsidir.
Laçın, eyni zamanda, iqtisadi inkişafın yeni ünvanına çevrilir. Aqro-Sənaye Parkında onlarla müəssisə yaradılır, mebel, ayaqqabı, tikiş fabrikləri fəaliyyətə başlayır, modul ev istehsalı, heyvandarlıq, balıqçılıq və arıçılıq inkişaf etdirilir. “Hoçazfilm” studiyası Qarabağın audiovizual salnaməsini yaradır
Minlərlə keçmiş məcburi köçkün Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə qayıdaraq doğma yurdlarında yaşayır.
“Bu gün Laçın Azərbaycanın qüdrətini, dövlətimizin siyasi iradəsini, xalqımızın yenilməz ruhunu və gələcəyə inamını simvolizə edir. 26 Avqust – Laçın Şəhəri Günü də məhz bu həqiqətin təntənəsidir. Bu gün hər bir azərbaycanlı üçün Laçın təkcə azad edilmiş şəhər deyil, Zəfərin necə inkişafa, inkişafın isə milli qürura çevrildiyinin ən parlaq nümunəsidir. Bu salnamənin müəllifi isə güclü dövlət iradəsi, uzaqgörən siyasət və xalqın sarsılmaz birliyidir”, - deyə E.Akimova fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Avqust 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see419

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see332

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see331

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see266

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see262

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see230

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see208

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see204

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see201

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see194

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see188

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see181

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see178

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see178

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see170

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see168

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see165

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see164

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see162

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri