“Lamborghini” və “BMW” ilə sürət yarışı keçirən 4 sürücü saxlanıldı İş məhkəməyə düşdü VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Şəhərin mərkəzində sürət yarışına çıxan 4 sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində baş verən hadisənin kadrları sosial şəbəkədə paylaşılıb.
Belə ki, Arnavutköydə mərkəzi küçələrin birində iki “Lamborghini Huracan STJ”, “BMW” markalı avtomobillərin sürücüləri və motosikletçi hərəkətin intensiv olan vaxtı sürət yarışına çıxaraq həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıblar.
Sürət həddini aşmaqla qayda pozan sürücülərin bu hərəkətləri həvəskar kamera tərəfindən qeydə alınaraq sosial şəbəkədə yayımlanıb. İstanbul polisi paylaşılan görüntülərlə bağlı araşdırma apararaq qayda pozan sürücüləri müəyyən ediblər və 4 sürücü saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məhkəmə prosesi başlanıb.
Bundan əlavə, onlar cərimələniblər.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 16 Dekabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















