Lamin Yamal: “Qara” deyilməsi məni incitmir”
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Barselona”nın hücumçusu Lamin Yamal azarkeşlər tərəfindən məruz qaldığı irqçi təhqirlərdən danışıb.
QOL.az xəbər verir ki, 19 yaşlı futbolçu "Movistar Plus"a müsahibəsində bu cür halların onu narahat etmədiyini bildirib:
“Ünvanıma irqçiliklə qarşılaşmışam? Bəli, min dəfə. İnsanlar bəzən bunu dolayı yolla edirlər və ola bilsin ki, irqçilik etdiklərinin fərqində deyillər. Çoxlu şərhlər var ki, onlar əslində irqçi xarakter daşıyır.
Mən belə şeylərin normal qəbul edilmədiyi yerdən gəlmişəm. Səhv olan bir şey qəbul edilə bilməz. Amma bu məni narahat etmir.
Məsələn, “Santyaqo Bernabeu”da mənə və Rafinyaya qarşı səsləndirilən təhqirlərlə bağlı məşhur video var. Mənim reaksiyam insanları təəccübləndirmişdi. Sonda mənə “qara” deyən insan məni necə incidə bilər? Mən onsuz da qarayam, başqa rəngdə deyiləm. Bunun alçaldıcı formada deyilməsi isə başqa məsələdir. Bu, düzgün deyil.
Amma insanların məni izləmək üçün pul ödədiyi bir oyunda mənə hörmətsizlik edən kiməsə görə əsəbiləşmək fikrində deyiləm”, – deyə Yamal bildirib.
Baxış sayı:69
Bu xəbər 18 Sentyabr 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















