Lamin Yamalın Bakıya gəlməməsi oyuna marağı azaldacaq? AÇIQLAMA
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, İspaniyanın "Barselona” klubunun futbolçusu Lamin Yamal noyabrın 25-də Bakıda "Sabah”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının oyununda iştirak etməyəcək.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
19 yaşlı vinger sağ topuğunda hiss etdiyi yüngül narahatlıq səbəbindən sözügedən qarşılaşmada meydana çıxmayacaq.
Bəs ulduz futbolçunun Bakıya gəlməməsi azarkeşlərin oyuna marağına necə təsir edəcək?
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan idman eksperti Kənan Məstəliyev bildirib ki, Yamalın oyunda iştirak etməməsi azarkeşlərdə məyusluq yaratsa da, bu, qarşılaşmaya olan ümumi marağı ciddi şəkildə azaltmayacaq:
"Təbii ki, Lamin Yamal kimi futbolçunun oyunda iştirak etməməsi azarkeşlər arasında məyusluğa səbəb olub. Yamal çox böyük ulduzdur, dünyanın ən güclü futbolçularından biridir, bəlkə də birincisidir. Buna görə də onun Bakıya gəlməməsi, təbii ki, oyuna olan marağa müəyyən qədər təsir göstərəcək.
Amma düşünürəm ki, bunu böyütməyə ehtiyac yoxdur. Çünki "Barselona”nın heyətində Yamal olmasa da, digər ulduz futbolçular var. Raphinha, Gündoğan, Pedri və başqaları… "Barselona” onsuz da ulduzlar toplusudur. Heyətdəki futbolçuların heç biri oyun keyfiyyəti baxımından Yamaldan geri qalmır.
Yamalın Bakıya gəlməməsi böyük məyusluq olsa da, düşünmürəm ki, bu, oyunun ümumi marağına ciddi təsir göstərsin. Axı Bakıya "Barselona” gəlir. Bunun özü böyük hadisədir və biz bu futbol bayramından zövq almalıyıq”.
Fəridə Əsədzadə
Baxış sayı:81
Bu xəbər 23 Noyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















