Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati aliləri cənab Thonqlun Sisulitə
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Hörmətli cənab Prezident,
Laos Xalq Demokratik Respublikasının yaranmasının 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından
səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan Laos ilə əlaqələrin genişlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir.
Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2025-ci il
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 02 Dekabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















