Icma.az
close
up
RU
“Laportanın Messi haqda dediyi bütün sözlər yalandı”

“Laportanın Messi haqda dediyi bütün sözlər yalandı”

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Martın 15-də “Barselona”da prezident seçkisi keçiriləcək. Bu posta Xuan Laporta ilə Viktor Font iddialıdı.

"Football-plus.az" xəbər verir ki, komandanın sabiq baş məşqçisi Xavi bugünlərdə İspaniyanın “La Vanguardia” qəzetinə verdiyi müsahibədə bir çox maraqlı məqama toxunub. Yeri gəlmişkən, Xavi 2020-dən bəri Fontu dəstəkləyir. Müsahibənin ən maraqlı hissələrini nəzərinizə çatdırırıq.
“Messinin “Barsa”ya dönməsinə Laporta imkan vermədi”
Xavinin dediyinə görə, Lionel Messinin 2023-ün yayında “Barsa”ya dönüşü istisnasız klub prezidenti Xuan Laportanın imtinası üzündən baş tutmayıb, yəni nə La Liqa, nə də Leonun atası və agenti Xorxe Messi ilə bağlı hansısa problem olub:

“Leo ilə münasibətlərim yaxşıdı. O, seçkidə kimi dəstəkləyir? Şəxsi söhbətdi. Messini bu məsələyə qoşmaq istəmirəm. Ancaq onsuz da Leonun nə düşündüyünü hər kəs bilir. Bir ara uzun müddət danışmadıq. Leo düşünürdü ki, mən prezidentin qəribə sxeminin bir parçasıyam. Belə düşüncə Leo ilə münasibətlərimin xarakterinə ciddi təsir göstərirdi, ancaq indi hər şey qaydasındadı. Messi “Barsa”ya qayıda bilərdi. Laportanın Leo haqda dediyi bütün sözlər yalandı. Messi ilə birgə bu dönüşə hazırlaşırdıq: mən onun “Barsa” sisteminə inteqrasiyası, o isə maliyyə baxımından. 2022-nin qışında – dünya çempionatından sonra əlaqə saxladıq. O, yenidən “Barsa”da oynamağı arzuladığını dedi, mən isə dediklərinin quru söz olmadığını anladım. Marta qədər bu mövzuda danışdıq. Son söhbətimiz belə oldu ki, sən qəti şəkildə “hə” deyəndən sonra mən Laportanın yanına gedəcəm. Prezident Leonun atası ilə danışdı. La Liqa da bu keçid önündə “yaşıl işıq yandırdı”, ancaq Laporta sonda hər şeyi ləğv etdi”.


Xavi onu da vurğulayır ki, La Liqa bu məsələdə “Barsa”ya mane olmayıb, yəni Messini qeydiyyatdan keçirməyin mümkünsüzlüyü haqda deyilənlər yalandı. Leo dönmək istəyib, atası da hansısa maliyyə tələbi irəli sürməyib. Bəs onda niyə bu keçid baş tutmadı? Xavinin versiyası belədi:

“Laporta mənə dedi ki, Leo gəlsə, prezidentə qarşı əsl müharibə başlayacaq. Buna yol verə bilmərəm”. Ardından qəfil Leo zənglərimə cavab verməyi dayandırdı. Onu fakt qarşısında qoymuşdular: “Sən qayıtmayacaqsan”. Atasına – Xorxeyə zəng etdim. Cavabı belə oldu ki, klub prezidenti ilə danış. Və biz danışdıq. Laporta bütün dəlillərimi rədd etdi”.


Messi nə vaxtsa “Barsa”ya dönəcəkmi? Xavi buna şübhə edir:

“Mən bu keçidi istəyirdim. Messi də bunu bilir. Ancaq bir müddət onunla əlaqə saxlaya bilmədim – üzr istəmək fikrim var idi. Baxmayaraq ki, bu mənim günahım deyil. Bu, hazırda “Barsa”nı idarə edənlərin günahıdı”.


“Barsa”nı Laporta yox, qaynı idarə edir”
Xavi birbaşa deyir:

“Barsa”da əsas adam Xuan Laporta deyil. Klubda heç bir vəzifə daşımayan Alexandro Eçevarriya ilə tanış olaq. O, Laportanın ilk həyat yoldaşı Konstantsa Eçevarriyanın qardaşıdı. Hətta belə versiyada da var ki, Xuan Konstantsa ilə məhz onun ailəsinin əlaqələrinə və təsir gücünə görə evlənib. Eçevarriyalar Kataloniyanın ən qədim, hətta Franko dövründən bəri nüfuz sahibi olan elit sülalələrindən biridi. Bu nigah Laportaya elitaya qoşulmaqda və Kataloniyanın siyasi həyatının önəmli hissəsi olmaqda yardım edib".


Xavinin dediyinə görə, məhz Eçevarriya həlledici qərarları verir:

“Laportadan da yüksəkdə olan adam var. “Barsa”nı faktiki Alexandro Eçevarriya idarə edir – məhz o, məndən qurtuldu. Biz yaxından dostluq edirdik, ancaq Alexandro məni satdı. 2024-ün yanvarında rəhbərliyə dedim ki, yayda postumu tərk edəcəm – yalnız “Barsa” yox, həm də özüm naminə. Əvvəl qələbələr qazanırdıq, sonra PSJ ilə “Real”a uduzduq, ancaq mənə dedilər ki, qalmalısan. Bütün qərarları Alexandronun verdiyini bildiyimə görə onunla görüşdüm. Soruşdum ki, bu məsələyə sən necə baxırsan? İşə davam etməyin perspektivi ilə bağlı şübhələrimi ondan gizlətmədim. Eçevarriya dedi ki, rəhbərlik növbəti mövsümə hazırlaşır, prezident də mənə bel bağlayır. Və biz PSJ-yə uduzandan sonra Alexandro mənə zəng etdi, təcili iclasa çağırdı. Dedi ki, çoxları sənin layihənin perspektivinə şübhə ilə yanaşır. Mən də dedim ki, yaxşı, gedirəm, heç bir problem yoxdu. Ardından Laportanın evində həmin o “suşi gecəsi” baş tutdu. Prezident məndən qalmağı xahiş etdi. Onun sözlərini indi də xatırlayıram: “Mən “Barsa”nı Xavisiz təsəvvür etmirəm. Mən yeni “Kamp Nou”nu Xavisiz təsəvvür etmirəm. 125 illiyi sənsiz qeyd etməyi təsəvvür etmirəm. Düzünə qalsa, bütün bu deyilənlər məni ruhlandırdı, etimad hiss etdim”.


Xavinin dediyinə görə, az sonra vəziyyət dəyişib:

“Bir dəfə planlaşdırmaya bütün məşqçi korpusum, həmçinin təyinatını artıq rəhbərliklə razılaşdırdığım fiziki hazırlıq üzrə yeni məşqçilər qatıldı. Ancaq Alexandro başladı qışqırmağa ki, komandanın fiziki hazırlığı biabırçı vəziyyətdədi. Belədə mən onun sözünü kəsdim. Biz heç vaxt “fizika” üzündən uduzmamışdıq. Ortada statistika var: 2003-dən bəri “Barsa”nın heç bir versiyası biz çempion olduğumuz mövsümdəki komandadan çox qaçmamışdı. Nəticədə onlar məndən qurtulmaq üçün fiziki hazırlıq bəhanəsi tapdılar. Bu söhbəti təkcə mediada yaymadılar. “Barsa”da hər kəs belə hesab edirdi ki, biz oyunlara pis hazırlaşırıq. Belə düşünənlərdən biri də yaxın dostum Raul Martines idi. Alexandroya inandı və məndən qurtulmaq istədi”.


Xavinin dediyinə görə, işdən qovulmasına adi bir əhvalat səbəb olub:

“Günlərin birində Alexandroya belə bir sual verdim: ümumiyyətlə, sənin vəzifən nədi? Deku ilə Boyan Krkiç də yanımızda əyləşmişdi. Onlar heç nə demədi. Onda Eçeverriya qəlbinin dərinliyində qərar verdi ki, mənim “Barsa”dakı dönəmim bitib. Ancaq bunu birbaşa üzümə demədi. İki-üç həftə sonra zəng etdi və fakt qarşısında qoydu: “Qulaq as, sən gedirsən”.


“İstefa ərəfəsində mediada mənə qarşı kampaniya başladı”
Xavini ən çox incidən məqam “Barsa”nın mediada onun əleyhinə kampaniya aparmasıdı. Bu da Eçevarriyanın əməlidi:

“İstefa ərəfəsində mediada mənə qarşı kampaniya başladı. Alexandro Serxi Roberto, Ronald Arauxo, Pedri və Rafinya ilə görüşərək hər birinə belə demişdi: “Xavi səndən qurtulmağa qərar verib”. Bu yalandı. “Maliyyə feyr-pleyi”nə görə yalnız bir oyunçu satmağı planlaşdırırdıq. Mateo Alemani ilə Yordi Kroyff da bunu təsdiqləyər. Həmin oyunçunun adını açıqlamayacam. Mənə onunla danışmağa imkan vermədilər. Laporta və Eçevarriya iki-üç həftə mənə cavab vermədi. Mən həm Xuan, həm də Alexandro ilə dostluq edirdim, məhz dostum məni qovdu”.


Xavi Roberto ilə aralarındakı ağır söhbəti də xatırlayır:

“Günlərin birində Serxi mənə yaxınlaşıb soruşdu ki, həqiqətən məndən qurtulmaq istəyirsən? Mən isə cavab verdim ki, hər şey əksinədi, məhz sənlə müqavilə müddətini uzatmaq istədiyimə görə rəhbərlik məni qaralayıb. Məhz o mənə dedi ki, Alexandro paltardəyişmə otağında belə söhbətlər yayır. Paltardəyişmə otağının öz qaydaları var. Pozdunsa, oranı itirəcəksən. Ancaq Alexandro yalan danışmağa başladı və indi də buna davam edir. Məhz buna görə bu müsahibəni verirəm. Mən Laportanın əleyhdarı deyiləm. Onun üzündən “Barsa”nın məşqçisi oldum. Ancaq sonda məni bada verdi. Yalnız bir şey istəyirəm: sosyos “Barsa”da nələrin yaşandığını anlamalıdı. Artıq 20 ildi “Barsa” prezidentlərin ətrafında fırlanır. Amma klub prezidentlərdən daha artıq dəyərdi”.


“Flikə heyranam: həm məşqçi, həm də insan kimi”
Xavi müsahibəsində onu da xüsusi vurğulayır ki, Hans-Diter Flik təkcə gözəl məşqçi yox, həm də əla adamdı:

“Mən ondan soruşanda ki, “Barsa” həqiqətən mənim arxamda danışıq aparıb, üzr istəməyə gəldi. İki saatdan artıq söhbət etdik. “Barsa” ona mənə heç nə deməməyi tapşırsa da, evimə gəldi və üzr istədi. Onun gözəl adam olduğunu sübut edən qeyri-adi jestdi. Flikə görə ürəkdən sevinirəm. “Barsa”nın baş məşqçini dəyişməsinin səbəbini anlayıram. Buna görə incik deyiləm. Hesab edirəm ki, məşqçi dəyişikliyi vacib addım oldu. “Barsa”da çalışırsansa, taleyin titullardan asılıdı. Mən yalnız onu deyirəm ki, mənlə insanca davranmadılar. Fliklə yazışırıq, həmişə onu qələbə münasibət ilə təbrik edirəm, taktika haqda çox danışırıq. Bir daha təkrar edirəm ki, Flik möhtəşəm adamdı. Onun “Barsa”sı xoşuma gəlir – komanda daim dominant olmaq istəyir, hücum edir. “Barsa” fanatı kimi xoşbəxtəm, bu komandadan ləzzət alıram. Hesab edirəm ki, Hansinin layihəsi üçün yaxşı təməl qoymuşuq, ancaq onun təsiri açıq-aşkar görünür”.


Xavi bəzi oyunçularla da əlaqə saxlayır:

“Münasibətlərimiz yaxşıdı. Onlara görə çox sevinirəm. Rafinya, Kristensen, Levandovski, Kundeni almışdıq – Yordi və Alemani ilə birgə. İndi isə Fermin Lopesi, Yamalı, Rafinyanı da görürsüz. Möhtəşəm komandadı”.


“Barsa”ya heç vaxt dönməyəcəm”
Bəs Xavi niyə məhz indi danışmağa qərar verib? Onun cavabı:

“Bir neçə səbəb var. Əsas səbəb odu ki, gerçəkləri danışmaq istədim. “Barsa”ya hörmətim üzündən indiyə qədər bu haqda danışmamışdım. Adamlar klubun mənim üçün necə dəyərli olduğunu bilir, amma həmin adamlara yalan danışırlar. Uzun müddət hər şeyi içimdə saxladım. İndi isə qərar verdim ki, danışmağın vaxtıdı. Əlbəttə, mən də səhvlər etdim. Qətərdən gələndən sonra prezidentə dedim ki, müəyyən oyunçular transfer olunmasa, qalmayacam. O, mənə yardım etdi. Ancaq sonradan özümə münasibətdə tələbkarlığı azaltdım. Hesab edirəm ki, “Barsa”nın baş məşqçini dəyişməsi doğru idi. İndi düşünürəm ki, “Barsa”ya heç vaxt dönməyəcəm. Mənim dönəmim bitdi – oyunçu kimi də, məşqçi kimi də. Bax, sizlə danışandan sonra rahatlaşdım. Dinlədiyinizə görə sağ olun”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Mart 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri