Leo Messi: “Laportanın hərəkəti üəryimdə yara kimi qalıb” FOTO/VİDEO
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin MLS liqasında “İnter Mayami”nin hücumçusu kimi çıxış edən Leo Messi azarkeşlərin ona göstərdiyi sevgi videosu qarşısında duyğularını gizlədə bilməyib.
İdman.Biz xəbər verir ki, argentinalı futbolçu “Barselona” azarkeşlərinin illər keçməsinə baxmayaraq ona göstərdiyi sevginin canlı qaldığını vurğulayıb.
Karyerasında çoxlu mükafatlar qazandığını deyən Messi, bunun idman göstəricisinə, rekorda və ya titul qazanmağa görə verilən bir mükafat olmadığını, onu 12 yaşında qəbul edən şəhərin sevgisi və minnətdarlığı olduğunu bildirib.
“Sport” nəşrinin direktoru Xuan Vehils Messinin unudulmaz izini ifadə etmək üçün Mayamiyə gedərək onunla görüşüb. Görüş MLS çempionluğu üçün pley-offlara hazırlaşdığı vaxt baş tutub. Təqvim səbəbindən futbolçu Madriddə keçirilən mükafat gecəsinə qatıla bilmədiyi üçün mükafat şəxsən Floridada təqdim olunub. Messi mükafatı alarkən azarkeşlərin minnətdarlıq videosunu da birgə izləyiblər.
Messi videoya baxarkən kövrəlib və sözləri ifadə etməkdə çətinlik çəkib.
“Həqiqətən də, birlikdə çox şey yaşadıq, yaxşı və o qədər də yaxşı olmayan anlar… Uzun karyera ərzində hər şey gözəl olmur, çətinliklər də olur. Amma oranı həmişə evim, yerim, onları əzizim kimi hiss etdim. Bütün karyeramı orada keçirmək, başqa kluba getməmək istərdim. Avropada yalnız orada oynamaq istəyərdim”, - deyə Leo bildirib.
Leo Messi həmçinin Laportanın müqaviləni yeniləməməsi səbəbindən klubdan ayrılmaq məcburiyyətini “ürəyində qalan bir yara” kimi təsvir edib.
“Təəssüf ki, hər şey başqa cür inkişaf etdi, amma birgə yaşadıqlarımız ömürlük xatirədir. Uzun müddət Barselonaya getmədim, stadiona da getmədim. Pandemiya ili idi, azarkeşsiz şəkildə klubdan ayrıldım, çox qəribə il idi. Çox gözəl xatirələrim var, hamısına görə çox sağ olun. Mənim də sizə sevgim dəyişməzdir”, - Messi vurğulayıb.
Argentinalı hücumçu Barselonaya qayıtmaq niyyətini də açıq ifadə edib: “Əlbəttə, qayıdacağam. Stadiona azarkeş kimi gedəcəyəm, komandamı izləyəcəyəm, klubumu dəstəkləyəcəyəm. Hələ bir neçə il buradayam, amma sonra Barselonaya qayıdacağıq. Çünki hər zaman dediyim kimi, ora mənim evimdir. Çox darıxırıq və geri dönəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 20 Noyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















