Laqunda ilə qolunu kəsən kişi ÖLDÜ
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Sabunçu rayonunda ehtiyatsızlıq ölümə səbəb olub.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Hüseynəli Musa oğlu Əsgərov evində laqunda ilə işləyərkən qolunun bazu sümüyünü kəsib.
Ailə üzvləri onu xəstəxanaya çatdırsalar da, yaralı dünyasını dəyişib.
Həkimlərin verdiyi məlumata görə, kişinin ölümünə səbəb qan itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.(APA)

Laqunda ilə qolunu kəsən kişi öldü
15 Noyabr 2024 09:15
Laqunda ilə qolunu kəsən kişi ÖLDÜ
15 Noyabr 2024 07:59
Bakıda laqunda ilə ehtiyatsız davranan kişi öldü
15 Noyabr 2024 07:22
Lənkəranda laqunda yeniyetmənin barmaqlarını kəsdi
22 May 2025 20:46
Bakıda DƏHŞƏT: laqunda kişinin üzünü kəsdi
25 İyul 2025 09:26

