Icma.az
close
up
RU
Latviya millisinin sabiq üzvü: “Azərbaycan ciddi rəqibdir”

Latviya millisinin sabiq üzvü: “Azərbaycan ciddi rəqibdir”

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda legioner həyatı yaşamış Latviya millisinin sabiq üzvü Kristian Torres apasport.az saytına müsahibə verib. 

- Latviya millisi bu gün Azərbaycanla qarşılaşacaq. Latviyada insanlar, ekspertlər oyun haqda nə düşünür? Azərbaycan Latviya üçün asan rəqibdir? 
- İnsanlarımız Azərbaycanın ciddi rəqib olduğunu düşünürlər. Çünki asan və zəif rəqib anlayışı qalmayıb. Yaxşı da hazırlıq matçı olacaq. Azərbaycan çempionatı Latviya çempionatından da güclüdür. Orada daha yüksək ödənişli legionerlər oynayır. Bu mənada çempionatınız daha güclüdür. Azərbaycan futbolu çox inkişaf etdi. Mən orada oynayanda bu qədər keyfiyyətli, əla stadionlar yox idi. İnfrastruktur baxımından da inkişaf etdilər. Üstəlik, Azərbaycanın "Qarabağ" kimi komandası var. Hansı ki, bütün Avropa onları tanıyır, gücü var. 

- Buna qədər komandalar 5 dəfə qarşılaşıb, üçü heç-heçə bitib, 1 dəfə Azərbaycan, digərində Latviya qazanıb. Səncə, bu dəfəki görüşü kim qazanacaq? 
- Bəli, bəli, doğrudur. Mən oynadığım dövrdə Azərbaycana 1:3 uduzmuşduq. Həmin vaxt baş məşqçi Qurban Qurbanov idi. Mənimlə birlikdə "Qarabağ"da oynamış futbolçulara qarşı oynamışdıq. Həmin görüş daha çətin keçmişdi.

- Proqnozun necədir? 
- Proqnozla bağlı bir söz deyə bilmərəm. Məncə, çox maraqlı görüş olacaq. Azərbaycan çox yaxşı oyunçulara sahibdir. Üstəlik, millinin "Qarabağ" kimi bazası var. Onlar da uzun illərdir ki, avrokuboklarda çıxış edirlər. Amma fikrimcə, Latviyada da indi yeni, gənc, istedadlı futbolçu nəsli yetişib. Onlar da çox yaxşı oyun göstərə bilərlər. Bu mənada, nəsə demək hansı komandanın oyunda qalib gələcəyini söyləmək çətindir. Amma indi bizim də RFŞ komandamız var. Hansı ki, onlar iki ildir avrokuboklarda oynayırlar. Konfrans Liqası və Avropa Liqasının qrup mərhələsində oynayıblar. Bu mənada, bizim də daim avrokuboklarda oynayan oyunçularımız var. Bu da Azərbaycan üçün yaxşı və vacibdir. 

- Azərbaycan Latviyaya qalib gələrsə, sürpriz olacaq? 
- Hansısa sürpriz olacağını düşünmürəm. Çünki Azərbaycan millisində yaxşı oyunçular var. Milliyə klubdan futbolçuların hansı səviyyədə gəlməsi önəmlidir ki, baş məşqçi də seçim edə bilsin. 

- Azərbaycan millisi haqda nə düşünürsən? Fernandu Santuş milliyə uğur qazandıra bilmir... 
- Təbii ki, Fernandu Santuş keyfiyyətli məşqçidir. Portuqaliya millisi ilə Avropa çempionu olub. Təbii ki, Santuş Azərbaycan millisinə xeyir verə bilər. Amma zaman vermək və  güvənmək lazımdır. Oyunçular da Santuşun tələblərini maksimum yerinə yetirməlidirlər. Mütləq ki, o, uğur qazandıra bilər.

Qeyd edək ki, Kristian Torres "Qəbələ", "Rəvan" və "Qarabağ" klublarında oynayıb. 

Latviya millisinin baş məşqçisi: “Bizim üçün vacib olan məqam “Sabah”ın qapıçısı oynadı, komandası uduzdu Türkiyə millisinin üzvü zədələnib “Zirə”nin futbolçusu Gürcüstan millisində şans qazanıb Gümüş Avropa Liqası: Millimiz İsveç yığması ilə üz-üzə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://apasport.az
archiveBu xəbər 07 İyun 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri