Latviyada elektrik qatarları dayana bilər
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Latviyada elektrik qatarlarının xidməti yaxın 5-10 il ərzində tamamilə dayandırıla bilər.
Bakıvaxtı.az BELTA-ya istinadən xəbər verir ki, buna səbəb dəmir yolu hava əlaqə şəbəkəsinin köhnəlməsidir.
Məlumata görə, Latviyanın köhnəlmiş hava əlaqə şəbəkəsinin modernləşdirilməsi üçün nəzərdə tutulan vəsait "Rail Baltica" layihəsinə və Riqa hava limanına dəmir yolu çəkilişinə yönəldilib.
Modernləşdirmə üçün nəzərdə tutulan vəsait Rail Baltica layihəsinə yönəldildiyindən köhnə xətlər təmir edilmir və artıq qəzalara səbəb olur.Belə ki, 24 oktyabrda Riqa-Yelqava qatarında partlayış baş verib, 140 sərnişin qaranlıqda relslərlə stansiyaya qayıtmalı olub.
Daşıyıcı şirkət bildirib ki, ildə 2-3 belə hadisə olur və son 3 ildə təmirə 250 min avro xərclənib.
Gülşən Şərif
Baxış sayı:106
Bu xəbər 04 Noyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















