Icma.az
close
up
RU
Lavaşdan zəhərlənmə, bəli, mümkündür Mütəxəssisdən İZAH

Lavaşdan zəhərlənmə, bəli, mümkündür Mütəxəssisdən İZAH

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

"Uzun müddət saxlanırsa və saxlanma qaydalarına riayət edilmirsə məhsulda kiflər əmələ gəlir. Kif nədir, mikotoksin. Mikotoksin isə, adı üstündədir, toksindir – zəhərdir""Naxçıvan lavaşına üstünlük verilməlidir. Çünki bu lavaşlar quru halda olurr, üzərinə su səpildikdən sonra istehlak edilir. Quru olduğuna görə bakteriyalara yoluxma ehtimalı sıfıra bərabərdir"

Son günlər yas mərasimlərində zəhərlənmə nəticəsində 48 nəfər zərər çəkib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova altı ayın yekunlarına həsr olunan mətbuat konfransında danışıb. O bildirib ki, ardıcıl və oxşar əlamətlərlə baş verən bütün zəhərlənmələrdə ortaq məhsulun lavaş olduğu müəyyən edilib.

"Laborator nəticələr əldə edildikdən sonra dəqiq diaqnoz ictimaiyyətin diqqətinə çatdırılacaq. Araşdırmalar göstərib ki, sözügedən lavaş məhsulu Gəncə şəhərində qida təhlükəsizliyi qeydiyyatından keçməmiş, nəzarətdən kənar və ev şəraitində qanunsuz şəkildə istehsal olunaraq müxtəlif satış məntəqələrinə paylanılıb. Hazırda məhsulun satış nöqtələri və paylanma zənciri müəyyən edilib, məhsulun bazardan geri çağırılması istiqamətində tədbirlər həyata keçirilir", - o vurğulayıb.

Lavaşdan zəhərlənmənin mümkünlüyü barədə “Serg.az”a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirdi ki, lavaşdan zəhərlənmə, bəli, mümkündür. Çünki: 

- Lavaş qablaşdırmadan açıldıqda otaq temperaturunda uzun müddət saxlanırsa və saxlanma qaydalarına riayət edilmirsə qida təhlükəsizliyi qaydalarının pozuntusu nəticəsində məhsulda kiflər əmələ gəlir. Kif nədir, mikotoksin. Mikotoksin isə, adı üstündədir, toksindir – zəhərdir. Və bu zəhər də insan orqanizminə nüfuz etdikdə ilk növbədə allergik reaksiyası olan insanlarda fəsadlar yaradır, daha çox mənfi təsir gösərir, eyni zamanda digər insanlarda da, allergik insan oldu, olmadı, qarın ağrısı, ishal, başgicəllənmə, ürək bulanması kimi əlamətlərlə müşahidə olunur. Bəzən ağrılaşma halları da olur ki bu zaman xəstəxana şəraitində müalicə olunmaq qaçılmazdır.  

A.Salamov qeyd etdi ki, çörək, lavaş bişirilən primitiv sexlər var, hansı ki orada çalışanların bəlkə də qida təhlükəsizliyindən ümumiyyətlə heç bir anlayışları yoxdur: 

- Sexlərdə sanitar vəziyyətə, təmizliyə diqqət edilməli, istehsal prosesi, ərzağın, məhsulun saxlanma şəraitinə düzgün əməl edilməlidir. Çarpaz çirklənmə nətcəsində də məhsul qida üçün yararsız hala düşür. AQTA tərəfindən çörək sexlərinə vaxtaşırı reydlərin keçirilməsi məqsədəuyğundur. 

Mütəxəssis bildirdi ki, ev şəraitində də lavaşın saxlanmasında problemlər ola bilər. Mağazadan, marketlərdən alınan paketlənmiş lavaşları soyuducuda uzaqbaşı 1 həftə saxlamaq olar. Əgər uzun müddət saxlamaq nəzərdə tutulursa, Naxçıvan lavaşına üstünlük verilməlidir. Çünki bu lavaşlar quru halda olurr, üzərinə su səpildikdən sonra istehlak edilir. Quru olduğuna görə bakteriyalara yoluxma ehtimalı sıfıra bərabərdir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 İyul 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri