Lavrov ABŞ ın Putinin təkliflərindən birinə reaksiyasını açıqlayıb...
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Rusiya prezidenti Vladimir Putinin Strateji Silahların Azaldılması Müqaviləsi (START) müddətinin uzadılması təklifinin müsbət tərəfini görür.
SİA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant”a müsahibəsində deyib.
...Biz Dövlət Departamentində və Milli Təhlükəsizlik Şurasında peşəkarlarla danışdıq. Onlar bunun müsbət tərəfini görürlər, - Rusiya XİN rəhbəri vurğulayıb.
O, Moskvanın START təşəbbüsünə rəsmi Vaşinqtonun reaksiyasını gözlədiyindən danışıb və ABŞ-Rusiya-Çin strateji sabitliyi ilə bağlı üçtərəfli danışıqların aparılmasının mümkünlüyünü qeyd edib.
Diplomat həmçinin qeyd edib ki, Tramp administrasiyası Moskvanın Pekinlə tərəfdaşlığından narahat ola bilər.
Əvvəllər Tramp Putinin START müqaviləsi ilə bağlı təklifini yaxşı ideya hesab edirdi. Sentyabrın 22-də Rusiya prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə bəyan edib ki, əgər ABŞ da eyni şeyi edərsə, Moskva fevralın 5-dən sonra START müqaviləsinə könüllü əməl etməyə hazırdır.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 15 Oktyabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















