Icma.az
close
up
RU
LAVROV ABŞ nin TƏKLİFLƏRİNDƏN BİRİNİ AÇIQLADI Və Avropanı hədələdi

LAVROV ABŞ nin TƏKLİFLƏRİNDƏN BİRİNİ AÇIQLADI Və Avropanı hədələdi

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Trampın elçisi Stiv Uitkoffun Moskvaya gətirdiyi ABŞ-nin Ukrayna ilə bağlı razılaşmasındakı məqamlardan birini açıqlayıb.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Lavrovun sözlərinə görə, Uitkoffun Moskvaya gətirdiyi ABŞ təkliflərindən biri Ukraynada milli azlıqların hüquqlarının və dini azadlıqların təmin edilməsi zərurətini əhatə edir. Görünür, söhbət Ukraynada rus dilinin və Rus Pravoslav Kilsəsinin hansısa hüquqlarının tanınmasından gedir.

Lavrov həmçinin Avropanı Rusiyanın dondurulmuş aktivlərin müsadirəsinə və ya Avropa qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsinə cavab verəcəyi ilə hədələyib: "Biz cavab verəcəyik və biz buna hazırıq".

Eyni zamanda, o, "Rusiyanın Avropa ilə müharibə etmək niyyətinin və belə bir düşüncəsinin olmadığını" bildirib. 

Xatırladaq ki, bir neçə gün əvvəl Vladimir Putin də eyni tip tezislərdən ibarət açıqlama vermişdi - həm Avropa ilə müharibə etmək istəmədiyini, həm də müharibəyə hazır oluğunu demişdi.

Lavrov həmçinin iddia edib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin “ilkin səbəblərini” başa düşən yeganə Qərb lideridir. Lakin eyni zamanda da Trampın Moskvaya qarşı sanksiyaları ləğv etməyə tələsmədiyindən, onları yalnız gücləndirdiyindən şikayətlənib.

Qərb mediasının yazdığına görə isə, Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşner Volodimir Zelenskiyə təklif olunan sülh planına cavab vermək üçün bir neçə gün vaxt veriblər. Plana əsasən, Ukrayna ərazi itkilərini qəbul etməlidir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Dekabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri