Lavrov: ABŞ Ukraynanın Rusiya ilə danışıqlara razılaşmasına töhfə verib
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın ABŞ Prezidenti Donald Trampın israrı ilə İstanbulda danışıqlara razılaşdığını bildirib.
XİN başçısı bu barədə brifinqdə danışıb.
Onun sözlərinə görə, ABŞ administrasiyası mövcud reallıqlardan xəbərdardır və Ukrayna böhranının köklü səbəblərini nəzərə almağa çalışır:
"ABŞ Dövlət katibi Marko Rubio bu yaxınlarda məsuliyyətli yanaşmanı təsdiqləyərək açıq şəkildə bildirdi ki, ABŞ və Rusiya arasında birbaşa hərbi qarşıdurmaya heç vaxt yol verilməməlidir. Biz bununla tam razıyıq. Bu həm də Rusiya-Amerika dialoqu zamanı əldə olunan qarşılıqlı anlaşmanın nəticəsidir”.
Lavrov həmçinin bildirib ki, Rusiya Ukraynaya siyasi və hərbi məsələlər üzrə işçi qruplar yaratmağı təklif edib və bununla bağlı rəsmi Kiyevdən cavab gözlənilir.
/report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 01 Avqust 2025 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















