Icma.az
close
up
RU
Lavrov bu gün Mirzoyanla Azərbaycanla münaqişəni müzakirə edəcək AÇIQLANDI

Lavrov bu gün Mirzoyanla Azərbaycanla münaqişəni müzakirə edəcək AÇIQLANDI

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov arasında yanvarın 21-də Moskvada keçiriləcək danışıqların mövzularını açıqlayıb.
Modern.az xəbər verir ki, rəsmi məlumata görə, XİN rəhbərləri Rusiya-Ermənistan münasibətlərinin geniş spektrini, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avrasiya məkanında digər inteqrasiya birlikləri çərçivəsində əməkdaşlığı, eləcə də sülh gündəliyinin əsas məsələlərini müzakirə edəcəklər.

Cənubi Qafqazdakı vəziyyətə və Ermənistanla Azərbaycan arasında münasibətlərin “balanslaşdırılmış normallaşması” perspektivlərinə xüsusi diqqət yetiriləcək.

"Biz gözləyirik ki, görüş konstruktiv olacaq, bizə əməkdaşlığın praktiki məsələlərinin həllini irəli sürməyə imkan verəcək və Transqafqazda təhlükəsizlik və sabitliyi gücləndirəcək", - Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.

seeBaxış sayı:74
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri