Icma.az
close
up
RU
Lavrov indi də Qazaxıstana dil uzadır “Tokayevlə razı deyiləm”

Lavrov indi də Qazaxıstana dil uzadır “Tokayevlə razı deyiləm”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, Rusiyanın imperiyaçılıq maraqlarının Ukraynadan sonrakı əsas hədəfi kimi daha çox Qazaxıstan göstərilir. Artıq Rusiya Dumasının deputatları, məmurlar, tanınmış şovinist və millətçi siyasi fiqurlar, politoloqlar, Kreml təbliğatçıları da daxil olmaqla, müxtəlif səviyyələrdə Qazaxıstan ərazilərinə qarşı iddialar səsləndirilib, bu ölkənin dövlətçiliyi, suverenliyi və ərazi bütövlüyü sual altına alınıb. İndi isə artıq Rusiya XİN səviyyəsində buna dair eyhamlar vurulmağa başlayıb. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dövlətlərin ərazi bütövlüyü hüququ ilə bağlı mövqeyini dəstəkləmədiyini bildirib.

“AzPolitika” xəbər verir ki, Lavrov bunu “Kommersant”a müsahibəsində deyib.

Nəşrin jurnalistləri (təbii ki, əvvəlcədən hazırlanmış şəkildə) Tokayevin 3 il öncə Putinin iştirakı ilə keçirilən tədbirdəki məlum çıxışıyla bağlı Lavrova sual veriblər. Tokayev həmin vaxt demişdi ki, əgər biz yalnız xalqların öz müqəddəratını təyinetmə hüququ ideyasını rəhbər tutsaq, dünyada bir çox regional münaqişələr yaranacaq. 2022-ci ilin yayında Qazaxıstan Prezidenti bildirib ki, BMT Nizamnaməsinin bu prinsipi başqa bir vacib prinsiplə - ərazi bütövlüyü ilə ziddiyyət təşkil edir və əgər birincisi tam həyata keçirilərsə, dünyada 600-dən çox ölkə meydana çıxacaq, xaos yaranacaq.

Lavrov bu çıxışı xatırladığını və Tokayevlə qətiyyən razılaşmadığını deyib: "Onun(Tokayev-red.) üçün yalnız ərazi bütövlüyü hüququ var. Amma bir daha deyirəm: Əgər siz BMT-nin üzvüsünüzsə, Nizamnaməyə bütünlüklə hörmət etməlisiniz”.

“Mən dekolonizasiyanı misal çəkərdim” deyən Rusiya XİN başçısı əlavə edib ki, ərazi bütövlüyü hüququna “hökumətləri müəyyən bir ərazidə yaşayan bütün insanları təmsil edən dövlətlər tərəfindən hörmət edilir”. Yəni, demək istəyib ki, məsələn, Qazaxıstanın xüsusilə də şimalında nisbi çoxluq təşkil edən rus əhalisi hesab etsə ki, Qazaxıstan hökuməti onları təmsil etmir, o zaman onların öz müqəddəratını həll etmək hüququ yaranır. Məlum məsələdir ki, öz ərazisindəki çoxsaylı qeyri-rus millətlərinin öz müqəddəratını təyinetmə hüququnu çoxdan rədd edən və imperiya üsul-idarəsinin hökm sürdüyü Rusiya həmin “öz müqəddəratını təyinetmə” bəhanəsindən çıxış edərək, Ukraynada, Moldovada, Gürcüstanda, eləcə də Azərbaycanda separatizmi dəstəkləyib. Nəticədə, çoxsaylı qanlı müharibələrə, itkilərə, qırğınlara səbəb olub və bu gün də həmin siyasətini davam etdirir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə Astananın beynəlxalq hüquqa əsaslanan bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyindən dəfələrlə danışıb. Bu səbəbdən Qazaxıstan Tayvanı və Kosovonu tanımır. 2022-ci ilin yayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Prezident Tokayev Putinin üzünə demişdi ki, Qazaxıstan “dxr” və “lxr” (Ukraynanın Rusiya Federasiyası tərəfindən işğal olunmuş Donetsk və Luqansk vilayətləri – red.) “kvazidövlət ərazilərini” tanımır. Bu, həm də o demək idi ki, nə vaxtsa Rusiya Qazaxıstan ərazisində də bu cür qondarma qurumları yaratmaq həvəsinə düşməsin.

Lavrovun son müsahibəsi isə göstərir ki, Rusiya Qazaxıstanın bu mövqeyini həzm edə bilmir və öz iblis planlarından vaz keçmək fikrində deyil…

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Aprel 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri