Lavrov İranın xarici işlər naziri ilə danışıqlar aparacaq
Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 17-18-də Moskvaya işgüzar səfər edəcək iranlı həmkarı Abbas Əraqçi ilə danışıqlar aparacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Aprelin 17-18-də İran Xarici İşlər Nazirliyinin rəhbəri Moskvada işgüzar səfərdə olacaq: "Onun rusiyalı həmkarı ilə danışıqları baş tutacaq", - o, brifinqdə deyib.
Diplomatın sözlərinə görə, görüş zamanı nazirlər cari beynəlxalq və regional problemləri, o cümlədən İranın nüvə proqramı və Suriyadakı vəziyyəti, həmçinin BMT və digər beynəlxalq platformalarda fəaliyyətlərin əlaqələndirilməsinin gücləndirilməsini müzakirə edəcəklər.
Mövsüm
Aznews.az

İranın Xarici İşlər Naziri: Ölkə ABŞ ilə dolayı danışıqlar aparmağa hazırdır
24 Mart 2025 16:18
İranın xarici işlər naziri Avropanı hədələdi
17 Noyabr 2024 00:48
İranın xarici işlər naziri Bağdada gedib
06 Dekabr 2024 10:28
İranın xarici işlər naziri Bağdada getdi
06 Dekabr 2024 10:40

