Lavrov: Rusiya Ermənistan Azərbaycan münasibətlərinin normallaşmasına yardım etməyə hazırdır
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım etməyə hazırdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşündə bildirib.
Onun sözlərinə görə, bugünkü danışıqlarda Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətdən kənarda qoymaq olmaz.
"Regional təhlükəsizlik Rusiyanın Cənubi Qafqaz istiqamətindəki fəaliyyətində əhəmiyyətli rol oynayır. Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım etməyə hazırıq. Üçtərəfli razılaşmalar əsasında bütün treklərdə yardım etməyə hazırıq. Hesab edirik ki, regiondakı hazırki vəziyyəti nəzərə alsaq, üçtərəfli razılaşmalar əvvəlki kimi aktualdır", - deyə Rusiya XİN başçısı qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 21 Yanvar 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















