Icma.az
close
up
RU
Teflon tavalar Avropada qadağan edildi Qərar bu gündən qüvvəyə mindi

Teflon tavalar Avropada qadağan edildi Qərar bu gündən qüvvəyə mindi

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Avropada insan sağlamlığı və ətraf mühit üçün risk yaradan, ağır kimyəvi maddələr kimi tanınan perfloroalkil və polifloroalkil maddələrin (PFAS) bir sıra istehlak məhsullarında istifadəsi 1 yanvardan etibarən qadağan olunacaq.

Bakupost.az xəbər verir ki. uzun illərdir ekoloji və tibbi mübahisələrin mərkəzində olan PFAS maddələrinə qarşı genişmiqyaslı addım ataraq teflon tavalar, tekstil məhsulları, ayaqqabılar, kosmetik vasitələr və bəzi digər istehlak malları üzrə məhdudiyyətləri qüvvəyə minir.
Avropa Birliyində 2020-ci ildən etibarən teflon örtüklərlə bağlı məhdudiyyətlər tətbiq olunsa da, bu məhsullar milyonlarla istehlakçı tərəfindən istifadədə qalmaqda idi. Rəsmi mediada dərc olunan yeni qərarnaməyə əsasən, 1 yanvardan başlayaraq teflon tavaların istifadəsi qadağan ediləcək. Qərarın əsas səbəbi bu məhsullarda PFAS maddələrinin yüksək miqdarda olmasıdır.
Yeni tənzimləməyə əsasən, bu gündən (yanvarın 1-i) etibarən tekstil məmulatları, ayaqqabılar, kosmetik məhsullar, eləcə də xizəklərdə istifadə olunan mum kimi bəzi istehlak mallarında PFAS maddələrinin istifadəsinə icazə verilməyəcək. Qaydalar birlik ərazisində istehsal edilən, satışa çıxarılan, idxal olunan və ixrac edilən yeni məhsullara şamil ediləcək.
Qadağa bütün məhsul kateqoriyalarını əhatə etmir. Ordu üçün nəzərdə tutulan xüsusi təhlükəsizlik avadanlıqları və strateji təyinatlı məhsullar tənzimləmədən kənarda saxlanılıb. Rəsmi qurumlar bu istisnaların milli təhlükəsizlik və müdafiə zərurəti ilə bağlı olduğunu bildirirlər.
Qərarnaməyə görə, 1 yanvar 2026-cı ilədək istehsal edilmiş və hazırda anbarlarda mövcud olan PFAS tərkibli məhsulların bazardan çıxarılması üçün şirkətlərə 12 aylıq keçid müddəti tanınıb. Bu dövrdə mövcud ehtiyatların satışına icazə veriləcək.
PFAS maddələrinin qadağan edilməsi ilə bağlı qanun ötən ilin fevral ayında qəbul edilib. Yeni qərarnamə ilə birlikdə ağır kimyəvi maddələr kimi tanınan bu birləşmələrin istehsalı, satışı və ticarəti üzrə tətbiq mexanizmi rəsmən işə salınıb.
Mütəxəssislərin fikrincə, teflon tavaların istehsalında istifadə olunan kimyəvi maddələr bu qabların səthi cızıldıqda qidaya qarışaraq birbaşa insan orqanizminə daxil ola bilər. Xüsusilə yapışmanı önləyən bəzi maddələrin qalxanabənzər vəzin fəaliyyətini pozduğuna dair güclü elmi sübutların mövcud olduğu bildirilir.
Araşdırmalara görə, PFAS ailəsinə daxil olan perflorooktanoik turşunun (PFOA) qəbul edilməsi və ya orqanizmə sorulması müxtəlif sağlamlıq problemlərinə yol aça bilər. Orqanizmdə toplanan bu maddə laboratoriya şəraitində aparılan heyvan sınaqlarında reproduktiv və inkişaf pozuntuları, qaraciyər və böyrək xəstəlikləri, həmçinin immun sisteminə mənfi təsirlərlə əlaqələndirilib. Mütəxəssislər PFOA-nın doğuşa zərər verə biləcəyini və ana südü vasitəsilə körpələr üçün təhlükə yaratdığını qeyd edirlər.
Cavid, BakuPost
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Yanvar 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri