Lavrov sabah Ankarada Fidanla görüşəcək
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Rusiya xarici işlər naziri Sergey Lavrov sabah Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək.
"Unikal" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri, xüsusilə ticarət, enerji və turizm məsələləri ətraflı müzakirə olunacaq. Diplomatik səylərlə Ukraynada müharibənin ədalətli və davamlı sülhlə başa çatması ilə bağlı fikir mübadiləsi aparılacaq.
Həmçinin, ABŞ və Rusiya arasında son təmaslar və Türkiyənin prosesə verə biləcəyi töhfələr qiymətləndiriləcək. Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi edən Türkiyənin yaxın günlərdə bu rolu öz üzərinə götürməyə hazır olduğu vurğulanacaq.
Baxış sayı:117
Bu xəbər 23 Fevral 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















