Lavrov Ankaraya gəlir Hakan Fidanla sabah nələr müzakirə olunacaq...
Icma.az bildirir, Modern.az portalına istinadən.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Ankaraya səfər edəcək və türkiyəli həmkarı Hakan Fidanla görüşəcək.
Modern.az xəbər verir ki, diplomatik mənbələrdən Türkiyə KİV0nə verilən məlumata görə, Lavrovla Fidan arasında keçiriləcək görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, xüsusilə ticarət, enerji və turizm hərtərəfli müzakirə olunacaq.
Görüşdə Ukraynadakı müharibənin diplomatik səylərlə ədalətli və davamlı sülhlə sona çatması ilə bağlı fikir mübadiləsi aparılacaq, ABŞ və Rusiya arasında son təmaslar və Türkiyənin bu prosesə verə biləcəyi töhfələr qiymətləndiriləcək, 2022-ci ilin martında Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi edən Türkiyənin bu rolu qarşıdakı günlərdə boynuna götürməyə hazır olduğu vurğulanacaq.
Suriya və Yaxın Şərq başda olmaqla regional və beynəlxalq məsələlərin ətraflı müzakirə ediləcəyi görüşdə Fidanın Türkiyənin Suriyanı terror ünsürlərindən tamamilə təmizləmək əzmini, Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin qorunmasının zərurikiyini vurğulayacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 23 Fevral 2025 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















