Icma.az
close
up
RU
LAVROV TRAMPIN PLANINA “YOX” DEDİ “Bu, Minsk razılaşmasından da pis olacaq”

LAVROV TRAMPIN PLANINA “YOX” DEDİ “Bu, Minsk razılaşmasından da pis olacaq”

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Donald Trampın ABŞ Prezidenti seçiləndən sonra hələ rəsmən öz vəzifəsinə başlamazdan əvvəl, özü də 24 saat ərzində(!) Ukraynadakı müharibəni dayandıracağına dair dəfələrlə təkrar etdiyi vədləri hələlik havadan asılı vəziyyətdə qalmaqdadır. Əksinə, bir çox şərhçilər Trampın nəinki rəsmən ABŞ-nin başına keçməsindən, yəni, gələn il yanvarın 20-dən əvvəl, hətta ondan sonra da vədini yerinə yetirə biləcəyinə ciddi şübhə ilə yanaşırlar...

Vladimir Putin Trampın seçilməsindən sonra keçirilən “Valday” konfransında ABŞ-nin yeni prezidenti və onun komandası barədə hər nə qədər “ilıq”ifadələr səsləndirsə də, Rusiyanın Ukraynada davam edən işğalının daha da şiddətlənməsi və Rusiya XİN-in bəyanatları heç də Kremlin Trampın hətta Ukraynanın ərazi bütövlüyünü və suverenliyini sual altına alan təklif və panları ilə də asanlıqla razılaşmayacağından xəbər verir.

“AzPolitika” xəbər verir ki, Rusiyanın TASS agentliyinin yayımladığı XİN başçısı Sergey Lavrovun açıqlamaları Kremlin Trampın Qərb mətbuatında dərc edilən Ukrayna müharibəsinin dayandırılmasına dair planının şərtlərilə qətiyyən razı olmadığını göstərir.

Qeyd edək ki, bundan əvvəl bir çox Amerika KİV-ləri Donald Trampın müşavirlərinin ona Ukraynada müharibəni dondurmağı, ələ keçirdiyi əraziləri Rusiyaya buraxmağı və Kiyevi NATO-ya üzv olmaq cəhdlərindən müvəqqəti imtina etməyə məcbur etməyi tövsiyə etdiklərini yazıb. Həmçinin, “Trampın planı”nda hazırkı cəbhə xətti boyu silahsızlaşdırılmış zonanın yaradılması nəzərdə tutulur.

Lavrov isə açıqlamasında Kremllə Tramp adminstrasiyasının “dil tapması” perspektivinə şübhə ilə yanaşıb və qeyd edib ki, ABŞ-də hakimiyyət dəyişikliyi baş versə də, Vaşinqtonun “Ukrayna məsələlərinə” yanaşması eyni qalacaq, çünki onlar “NATO məkanında və NATO məkanı ətrafında baş verən hər şeyi öz nəzarətində saxlamağa çalışacaqlar”.

Rusiya XİN başçısı ümumiyyətlə, müharibənin hazırkı təmas xəttində dayandırılmasının əleyhinə olduqlarını qeyd edib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin hazırkı mövqelərdə dondurulması “Minsk razılaşmalarından daha pis variantdır”: “İndi bəziləri Ukraynanın konkret vəziyyətinə (Rusiyanın Ukrayna ərazilərini işğal etməsini nəzərdə tutur – red.) daha ayıq baxmağa başlayıblar və deyirlər: “Yaxşı, itiriləni qaytarmaq olmaz, gəlin birtəhər donduraq”. Hətta indi öz mövqelərini kökündən dəyişdirən və özlərini müharibəni dayandırmaq istəyənlər kimi təqdim etməyə çalışanlar(Tramp administrasiyasını nəzərdə tutur-red.) tərəfindən də təklif edilənlər eynidir - onlar hələ də deyirlər ki, “gəlin on il ərzində təmas xəttində atəşkəs saxlayaq, sonrasına baxarıq." Bunlar yeni görkəmdə təqdim edilən eyni “Minsk razılaşmaları”dır. Hətta daha pisidir”.

Bununla da Lavrov Kremlin bir zamanlar Ukraynadan yerinə yetirilməsini hər vəchlə tələb etdiyi Minsk razılaşmalarından imtina etdiyini təsdiqləməklə yanaşı, mümkün olan qədər daha çox Ukrayna əraziləri zəbt etməkdə maraqlı olduğunu açıq etiraf edib. Ən əsası isə Lavrovun dedikləri işğal olunmuş ərazilərin Ukrayna və Qərb tərəfindən rəsmən Rusiya ərazisi kimi tanınması tələbinə yönəlib. O xüsusi qeyd edib ki, “Minsk razılaşmaları” o vaxtkı Ukrayna hakimiyyətinin Donbasa xüsusi status vermək istəməməsi səbəbindən “dağılıb”. Yəni, Rusiya üçün işğal etdiyi ərazilərin statusu olduqca önəmlidir və həmin ərazilərin öz torpaqları kimi tanınması birinci dərəcəli əhəmiyyətə malikdir.

Bundan əvvəl Putin də müharibənin dayandırılmasına dair danışıqların başlanmasının əsas şərtlərindən biri kimi Krım da daxil olmaqla, işğal olunmuş bütün Ukrayna ərazilərinin rəsmən Rusiyaya aid olmasının tanınması tələbini irəli sürmüşdü. O hətta Ukrayna qoşunlarının Xerson Zaporojye, Donetsk və Luqansk vilayətlərinin bütün ərazilərini tərk etməsini tələb etmişdi. Lavrovun “münaqişənin hazırkı təmas xəttində dondurulması “Minsk razılaşmaları”ndan da pisdir” bəyanatı da Putinin dediklərinin davamı və təsdiqidir. Bu o deməkdir ki, Kreml özünün işğalçılıq planlarından və Ukraynanı bütünlüklə özünə tabe etdirmək niyyətindən vaz keçmək fikrində deyil.

Beləliklə, Ukrayna müharibəsinin Trampın gəlişindən sonra tezliklə başa çatdırılacağı barədə optimist ümidlər getdikcə zəifləməyə və yerini soyuq məntiqə verməyə başlayır. Yalnız güc dilini anlayan Rusiya öz qarşısında güc və iradə görməyincə, öz niyyətlərindən, işğalçı ambisiyalarından əl çəkməyəcək. Başı Ağ Evi “təhvil almağa”, öz administrasiyasını formalaşdırmağa, yeni təyinatlar etməyə qarışan Trampınsa Ukrayna mövzusu ilə yalnız yanvarın 20-dən sonra ciddi şəkikldə məşğul olmağa başlayacağı ehtimalı daha çoxdur. Ancaq həmin vaxtda da yalnız danışıqlarla hansısa uğurlu nəticələrin əldə ediləcəyini birmənalı şəkildə proqnozlaşdırmaq olduqca çətindir...

“AzPolitika.info”  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Noyabr 2024 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri