Lavrovdan Rusiya ilə hərbi ittifaqdan uzaqlaşan Ermənistana çağırış Rusiya nə istəyir?
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində məsuliyyətli olmağa çağırıb.
Bu gün Qırğızıstanda KTMT XİN Rəhbərləri Şurasının iclası keçirilib.
Lavrov iclasdan sonra jurnalistlərə görüş zamanı deyib: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri Ermənistanı qurumun tamhüquqlu üzvü hesab etməyə davam edirlər. Lakin bu status təşkilat çərçivəsində bütün öhdəliklərə riayət edilməsini nəzərdə tutur".
Nazir deyib: "Biz əvvəlki kimi Ermənistanı bu təşkilatın tamhüququlu üzvü hesab edirik. Lakin sözsüz ki, tamhüquqlu üzvlük KTMT Nizamnaməsi sənədlərindəki bütün öhdəliklərə riayət edilməsini nəzərdə tutur. Yeri gəlmişkən, ödənişlərin edilməsi də həmin öhdəliklərə daxildir".
Lavrov Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın KTMT xarici işlər nazirləri şurasının iclasında iştirakdan növbəti dəfə imtina etdiyini də xatırladıb.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 30 İyun 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















