Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Layihə rəhbəri: Sahə tədqiqatları zamanı küçə mühitindəki uşaqlardan 20 nin ən ağır sosial və psixoloji durumda olduğu qeydə alınıb

Layihə rəhbəri: Sahə tədqiqatları zamanı küçə mühitindəki uşaqlardan 20 nin ən ağır sosial və psixoloji durumda olduğu qeydə alınıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 may, AZƏRTAC

“Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsi Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın fəaliyyəti çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil, Səhiyyə, Daxili İşlər, Gənclər və İdman nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərəfdaşlığı ilə icra olunub. Layihənin əsas məqsədi küçə mühitində yaşayan və ya işləyən uşaqların müdafiəsini təmin edilməsi, onların hüquqlarının qorunması və reabilitasiya proseslərinin həyata keçirilməsi üçün aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları və mütəxəssislər arasında effektiv fəaliyyət mexanizmlərinin daha da inkişaf etdirilməsinə dəstək göstərilməsidir. Layihə çərçivəsində küçə mühitində olan uşaqların aşkarlanması, ailələrinin qiymətləndirilməsi, onların təhsil və sağlamlıq imkanlarına çıxışının təmin edilməsi, sosial işçilərin bilik və bacarıqlarının artırılması, çevik, koordinasiyalı və işlək mexanizmin yaradılması istiqamətində təkliflər hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bunu "Regional İnkişaf" İctimai Birliyinin şöbə müdiri, “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsinin rəhbəri Gülbağda Leysanova Hacıyeva sözügedən layihənin yekununa həsr olunmuş konfransda çıxış edərkən deyib.

O bildirib ki, layihənin effektiv və müasir yanaşmalara əsaslanan şəkildə icrasını təmin etmək məqsədilə xarici və yerli ekspertlər təyin olunub: "Təyin olunmuş mütəxəssislər uşaq müdafiəsi, sosial iş və sahə tədqiqatları üzrə geniş təcrübəyə malik olmaqla, həm yerli konteksti nəzərə alaraq fəaliyyət planı hazırlayıb, həm də beynəlxalq təcrübələrin layihəyə inteqrasiyasını təmin edib. Beynəlxalq və yerli ekspertlər tərəfindən hazırlanmış təlim proqramı əsasında layihə fəaliyyətlərində iştirak edəcək sosial işçilər üçün aprel-may aylarında 35 nəfər sosial işçi üçün, iyun ayında isə 40 nəfər sosial iş sahəsində təhsil alan könüllülər üçün təlimlər təşkil edilib".

G.Leysanova Hacıyeva qeyd edib ki, 2024-cü ilin iyun ayından etibarən layihənin əsas mərhələlərindən olan sahə işlərinə və tədqiqat fəaliyyətlərinə start verilib. Bu məqsədlə Sosial Xidmətlər Agentliyinin, eləcə də digər dövlət və qeyri-hökümət təşkilatlarının müvafiq sahədə çalışan əməkdaşlarından ibarət və Bakı şəhərinin bütün inzibati rayonlarını əhatə edən mobil qruplar formalaşdırılıb: "Altı ay ərzində mobil qruplar Bakı şəhərinin müxtəlif ərazilərində - ticarət mərkəzləri, metro və avtovağzal ətrafı, bazar əraziləri, park və küçələrdə mütəmadi sahə gəzintiləri və tədqiqatlar aparıblar. Nəticədə 100 uşaq aşkarlanıb və hər biri ilə fərdi yanaşma əsasında ilkin sorğular və ehtiyac qiymətləndirmələri həyata keçirilib. Uşaqların aşkarlanması zamanı təkcə onların fiziki vəziyyəti deyil, eyni zamanda, yaşadıqları sosial mühit, ailə əlaqələri, gündəlik məşğuliyyətləri, istismar riski, təhsildən yayınma səbəbləri və hüquqi statusları da qiymətləndirilib. Mobil qrupların sahə tədqiqatları zamanı aşkarladığı 100 uşaq və onların ailə üzvləri ilə fərdi formada sorğu anketləri və qiymətləndirmə formaları doldurulub.

Sosial Xidmətlər Agentliyinin sosial işçiləri tərəfindən küçə həyat tərzinə məruz qalan hər bir uşağın ehtiyacına uyğun olaraq fərdi inkişaf planı tərtib edilib, Keys Menecment alətlərindən istifadə olunaraq onların və ailələrinin sosial, psixoloji, məşğulluq və sağlamlıq yönümlü problemlərinin həlli ilə bağlı dəstək tədbirləri həyata keçirilib.

Ailə inkişaf planlarında nəzərdə tutulan dəstək tədbirlərinin həyata keçirilməsinə Sosial Xidmətlər Agentliyinin mərkəz və mütəxəssisləri (psixoloq, loqoped və s.) də cəlb olunub.

Toplanan bütün məlumatlar ekspertlər tərəfindən təhlil edilmiş və sistemləşdirilmiş, daha sonra isə sosial tədqiqatlarda istifadə olunan SPSS (Statistical Package for the Social Sciences) proqramı ilə təhlil üçün peşəkar statistik mütəxəssisə təhvil verilib. Bu təhlilin nəticələri əsasında uşaqların və ailələrin fərdi ehtiyaclarına uyğun yönləndirmə, dəstək və müdaxilə strategiyaları hazırlanıb. Valideyn himayəsindən məhrum olmuş 20 uşaq sahə işləri və qiymətləndirmə mərhələsində aparılmış araşdırmalar nəticəsində müəyyən edilib. Bu uşaqların əksəriyyəti ya valideynlər tərəfindən tərk edilib, ya da ailədaxili zorakılıq və ağır sosial şərait səbəbilə ailədən ayrılmış vəziyyətdə aşkarlanıb.

Sahə tədqiqatları zamanı ən ağır sosial və psixoloji durumda olan 20 uşaq təcili müdaxilə tələb edən hallar kimi qeydə alınıb. Bu uşaqların bəziləri ciddi istismar riski ilə qarşı-qarşıya olub, digərləri isə yaş və psixoloji vəziyyətlərinə görə küçədə qalmağa uyğun hesab edilməyib. Bu hallarda uğurlu reabilitasiya üçün ilkin mərhələdə təhlükəsiz mühitin təmin edilməsi zəruri olduğundan, həmin uşaqlar dövlət tərəfindən akkreditə olunmuş uşaq sığınacaqlarına yerləşdirilib".

Onun sözlərinə görə, ötən ilin sentyabr–dekabr aylarında mütəmadi olaraq tərəfdaş dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə işçi görüşlər təşkil olunub: "Bu görüşlərdə əsas diqqət sahə işlərinin aparılması zamanı qarşıya çıxan çətinliklərin operativ həllinə, uşaqların sənədləşmə prosesinin sürətləndirilməsinə, təhsil və sağlamlıq xidmətlərinə çıxışın artırılmasına, ailə mühitinin qiymətləndirilməsinə və mövcud sosial müdafiə imkanlarının genişləndirilməsinə yönəldilib. Xüsusilə sənədsiz olan 32 uşağın hüquqi mənşəyinin müəyyənləşdirilməsi və sənədlərinin hazırlanması istiqamətində Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə koordinasiyalı fəaliyyət qurulub. Eyni zamanda, uşaqların təhsil hüquqlarının bərpası üçün Elm və Təhsil Nazirliyi, sağlamlıq imkanlarının qiymətləndirilməsi üçün TƏBİB və Səhiyyə Nazirliyi ilə işçi qruplar yaradılıb və əməkdaşlıq formalaşdırılıb. Mütəmadi olaraq hər ay beynəlxalq ekspertlə sosial işçilərin superviziya görüşləri təşkil edilib”.

“Layihə çərçivəsində aşkarlanan uşaqlara və onların ailələrinə göstəriləcək sosial dəstək tədbirlərinin layihə bitdikdən sonra da Sosial Xidmətlər Agentliyi tərəfindən davam etdirilməsi nəzərdə tutulub. Layihənin yekun hesabatının və konsepsiya sənədinin hazırlanması istiqamətində mütəmadi olaraq tərəfdaş qurumlarla birgə müzakirələr davam etdirilib, xarici ekspertə görülən işlərlə bağlı məlumatlər verilib", - deyə layihə rəhbəri diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see283

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see278

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see206

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see183

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see143

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see143

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see142

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see138

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see135

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see131

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri