Icma.az
close
up
RU
Laziz Kudratov: Strategiyalar karbon emissiyasının neytrallaşdırılmasına nail olmağa yönəlib

Laziz Kudratov: Strategiyalar karbon emissiyasının neytrallaşdırılmasına nail olmağa yönəlib

"Biz iqtisadiyyatın qloballaşması üçün uzunmüddətli strategiyanın hazırlanmasında Avropa bankları və Dünya Bankı ilə fəal işlər görürük".

Oxu.Az xəbər verir ki, bu sözləri Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov "Dünya İqtisadi Forumu (WEF) - Əməkdaşlığın Gücü: Net-sıfır üçün birləşdirici qüvvələr" adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, sözügedən strategiyalar karbon emissiyasının neytrallaşdırılmasına nail olmağa yönəlib:

"Bu günə qədər hazırladığımız layihələr, təşəbbüslər müxtəlif sektorlarda aşağı karbon texnologiyalarına keçidimizə kömək edəcək. Biz, həmçinin İqlim Dəyişikliyi və İnkişaf Hesabatı kimi tanınan iqtisadi artım və iqlim dəyişikliyi şərtlərini təmin etmək üçün Milli Qiymətləndirmə Layihəsini həyata keçiririk. Bu Dünya Bankı tərəfindən dəstəklənir və inkişaf etdirilir, iqlim dəyişikliyinin təkcə tədbirləri deyil, həm də iqtisadiyyatımıza necə təsir etdiyi hərtərəfli təhlil edilir".

Nazir, həmçinin 2030-cu ilə qədər bərpaolunan enerjini 40% artırmağı, karbon emissiyasını isə 30% azaltmağı planlaşdırdıqlarını vurğulayıb.

Aygün Mirakif

seeBaxış sayı:13
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri