Leao seçimini etdi İngiltərədə çıxış edəcək
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Milan”ın portuqaliyalı ulduzu Rafael Leao karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, 27 yaşlı vinger “Aston Villa”nın təklifini qəbul edib.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, 27 yaşlı futbolçu “Aston Villa”nın illik 8 milyon avroluq maaşla bağlı şərtlərini qəbul edib. O, Birmingem təmsilçisini “Qalatasaray”ın 12 milyon avroluq maaşından üstün tutub.
“Aston Villa”nın “Milan”a təklifinin 8 milyon avro icarə haqqı və məcburi satınalma şərti ilə ümumilikdə təxminən 50 milyon avroya çatdığı qeyd olunur.
Qeyd edək ki, Rafael Leao 2019-cu ildən “Milan”da çıxış edir. Portuqaliya millisinin üzvünün İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 28 Avqust 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















