Icma.az
close
up
RU
Lebron Ceyms üçün yol bitdi!

Lebron Ceyms üçün yol bitdi!

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Qəzetimizin işıq üzü görmədiyi günlərdə 1/8 finalın bəzi cütlərində mübarizə başa çatdı. “Mayami” ilə seriyada inamlı qələbə qazanan (4:0) “Klivlend” növbəti mərhələdə “İndiana” ilə qarşılaşacaq.
Bu komanda “Miluoki”ni sıradan çıxardı (4:1).
Növbəti mərhələdə oynayacaq daha bir komanda bəllidi. “Boston” 5-ci oyunda “Orlando”nu məğlub etməklə seriyanı bitirdi – 4:1. “Seltiks” 1/4 finalda “Nyu-York” ilə qarşılaşacaq. Ona görə ki, “Niks” “Detroyt” ilə seriyadan qalib ayrıldı - 4:2.
Bu arada “San-Antonio”nun müdafiəçisi Stefon Kasl 2024/25 mövsümünün ən yaxşı debütantı sayılıb. Səsverməyə qatılan 100 jurnalistdən 92-si 20 yaşlı amerikalını 1-ci yerdə göstərib. Kasl bu mövsüm hər oyunda orta hesabla 14,7 xal toplayıb, 3,7 ribaund edib, 4,1 ötürmə verib. O, Zakkari Risaşerlə (Atlanta) Ceylen Uellsi (Memfis) arxada qoyub.
“Leykers” srağagün mübarizəni dayandırandan sonra bu komandanın əsas ulduzu Lebron Ceymsə, təbii ki, hələ nə qədər oynayacağı ilə bağlı sual verilib:

“Bu suala hazır cavabım yoxdu. Bunu ailəm, xanımım və komandam ilə müzakirə etməliyəm. Özüm özümə cavab verməliyəm ki, hələ nə qədər oynamaq istəyirəm? Baxarıq”.


Amma dünyaca məşhur insayder Şəms Çaraniya bu mövzuya da aydınlıq gəitirb. Onun fikrincə, “gölməçəsevərlər”in ulduzu MBA-nın növbəti mövsümündə də meydana çıxacaq. Hətta 40 yaşlı amerikalı birdən artıq mövsümdə də görünə bilər. Bu isə artıq Lebronun ikinci oğlu Braysın karyerasından asılı olacaq. 17 yaşlı yeniyetmə 2025/26 mövsümündə Arizona Universitetinin komandasında oynayacaq. Sonrakı mövsüm artıq MBA-dü gücünü sınaya bilər. Onu da vurğulayaq ki, 2025/26 mövsümü Lebron üçün rekord – 23-cü olacaq.
1/8 final
29 aprel
Mayami – Klivlend 83:138 (17:43, 16:29, 30:39, 20:27)
Seriyada hesab – 0:4.
Qolden Steyt – Hyuston 109:106 (28:26, 22:31, 32:23, 27:26)
Seriyada hesab – 3:1.
30 aprel
İndiana – Miluoki 119:118 OT (13:30, 28:17, 34:28, 28:28, 16:15)
Seriyada hesab – 4:1.
Nyu-York – Detroyt 103:106 (23:22, 27:27, 24:28, 29:29)
Seriyada hesab – 3:2.
Boston – Orlando 120:89 (23:27, 24:22, 36:13, 37:27)
Seriyada hesab – 4:1.
Denver – Klippers 131:115 (35:23, 32:36, 32:24, 32:32)
Seriyada hesab – 3:2.
1 may
Hyuston – Qolden Steyt 131:116 (40:24, 36:25, 31:31, 24:36)
Seriyada hesab – 2:3.
Leykers – Minnesota 96:103 (22:31, 27:28, 31:22, 16:22)
Seriyada hesab – 1:4.
2 may
Detroyt – Nyu-York 113:116 (23:37, 38:22, 24:37, 28:20)
Seriyada hesab – 2:4.
Klippers – Denver 111:105 (25:28, 33:29, 32:22, 21:26)
Seriyada hesab – 3:3.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 May 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see643

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see338

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see257

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see244

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see240

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see236

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see195

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see192

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see187

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see184

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see179

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see177

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see174

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see173

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see165

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see161

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see153

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see145

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see144

Ukrayna Qərbdən 101 milyard dollar dəstək almaq niyyətindədir

18 Avqust 2026 01:23see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri