Legioner limiti ləğv olunur, Fernandu Santuşun fikrini soruşan olubmu? hədəfsiz yığmanın biçarə məşqçisi
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Futbol ictimaiyyətinin böyük əksəriyyəti legioner limitinin ləğvinə qarşı çıxsa da, AFFA rəhbərliyi fərqli qərar çıxarmağa hazırlaşır. İcraiyyə Komitəsinin növbəti iclasında limitin aradan qaldırılmasının rəsmiləşəcəyi gözlənilir.
Belə qərar çıxsa, bunun acısını hamıdan çox milli komanda çəkəcək. Zatən yığmaya seçim imkanı geniş olmayan Fernandu Santuşun işi bundan sonra daha çətinə düşəcək.
Maraqlıdır ki, limit məsələsində Santuşun fikrini soruşan olubmu? Axı, onun qarşısına döyüşkən komanda yaratmaq tapşırığı qoyulub. Belədə sual yaranır - kiminlə?
Legioner limiti ləğv olunsa, Santuş milli komandada 11-lik düzəltmək üzərində belə baş sındırmalı olacaq. Yeri gəlmişkən, burada sualdan sual çıxır ortaya - limiti ləğv edəcəklərsə, Santuşu milli komandada saxlamağın nə mənası var?
Həmid
saytlarin hazirlanmasi
Baxış sayı:88
Bu xəbər 17 Yanvar 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















