Ləğv olunan institutun birləşdiriləcəyi universitet BƏLLİ OLDU FOTO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan Müəllimlər İnstitutunun Naxçıvan Dövlət Universitetinə birləşdirilməsi ilə bağlı hökumət tərəfindən müvafiq qərar qəbul edilib.
Avtosfer.az xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib.
Rektorun sözlərinə görə, hazırda Elm və Təhsil Nazirliyində birləşmə ilə bağlı prosedurların həyata keçirilməsi üçün komissiya yaradılıb.
O bildirib ki, yaxın günlərdə komissiyanın fəaliyyəti ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Elbrus İsayev qeyd edib ki, birləşmə nəticəsində tələbə və müəllimlərlə bağlı hər hansı problem yaranmayacaq:
"Burada tələbələrin və müəllimlərin taleyi ilə bağlı heç bir sual yoxdur. Oradakı ixtisasların hamısı Naxçıvan Dövlət Universitetinin ixtisaslarına uyğundur. Tələbələr öz ixtisaslarında, öz arzuları olan və təhsil aldıqları ixtisaslar üzrə təhsillərini davam etdirəcəklər və Naxçıvan Dövlət Universitetinin diplomunu alacaqlar".
Baxış sayı:130
Bu xəbər 24 Sentyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















