Lələtəpəyə hücum etməyən erməni komandirlər məhkəməyə çıxarılır
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanda 44 günlük müharibə ilə bağlı növbəti cinayət işi məhkəməyə göndərilib.
Modern.az xəbər verir ki, İstintaq Komitəsi müəyyən edib ki, hərbi hissənin komandiri, polkovnik A.O. 2020-ci il oktyabrın 6-dan oktyabrın 7-dək olan müddətdə xidməti vəzifələrinin icrasına səhlənkar münasibət göstərib, onları lazımınca yerinə yetirməyib ki, bu da səhlənkarlıqdan ağır nəticələrə səbəb olub.
Bundan başqa, polkovnik A.O. 2020-ci il oktyabrın 6-da Müdafiə Ordusu komandanından Horadiz şəhərinin qərb hissəsində yerləşən Lələtəpə istiqamətində hücuma başlamaq və qırılmış müdafiə xəttinin bərpası barədə əmr alsa da, bunu yerinə yetirməyib.
İstintaq zamanı müəyyən edilib ki, N saylı hərbi hissənin tabor komandiri polkovnik-leytenant Q.A. 2020-ci il oktyabrın 7-də tabeliyində olan şəxsi Lələtəpə istiqamətində hücuma keçməyə məcbur olub. Lakin mövcud silah və sursat itkilərini hesablamaq bəhanəsi ilə döyüş tapşırığını davam etdirməkdən imtina edib.
Q.A. taborun şəxsi heyətinə təyin olunmuş marşrutdan kənara çıxmağı əmr edib, yuxarı komandanlıqla əlaqə saxlamaq təklifini rədd edib, sonra isə komandanlığın icazəsi olmadan bütün taborun şəxsi heyətinə əks-hücumu davam etmədən geri qayıtmağı əmr edib.
A.Qorxmaz
Baxış sayı:100
Bu xəbər 14 May 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















