Icma.az
close
up
RU
“Lənkəran istisuyu”nun qapısı dünyaya açıqdır

“Lənkəran istisuyu”nun qapısı dünyaya açıqdır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Burada beynəlxalq sağlamlıq turizmi mərkəzi yaradılıb

Ulu yaradan Lənkəranı dənizi, meşəsi, dağı, nadir subtropik iqlimi, çeşidli nemətləri, xoşqılıq insanları ilə sanki, binadan turizm məkanı kimi yaradıb. Elə buna görə də tarixən sıx məskunlaşıb, qonaq-qarası ilə məşhur olub. Azərbaycandan ötüb keçənlər bu torpağa da mütləq baş çəkib, onun gözəlliklərinə heyran qalıb. Elə buna görə də onu nəvazişli “Cənub mirvarisi” adlandırmışıq.

Rayonun ərazisində ilboyu mövcud olan yaşıllıqlar, müxtəlif xüsusiyyətli qoruqlar, tarixi, mədəni, dini və təbiət abidələri, Azərbaycanın ən mühüm kurort-rekreasiya resurslarının inkişafı bu rayonu Azərbaycanın ən böyük turizm rayonuna çevrilməsinə zəmin yaratmışdır.

Bölgədəki termal və mineral sular Azərbaycanın digər yerlərinə nisbətən daha çoxdur. Bu qaynaqları geoloqlar, hidrogeoloqlar, tibb mütəxəssisləri, kimyaçılar ətraflı tədqiq etmişlər. Çar Rusiyası dövründə bu ərazidə xidmət edən rus hərbçiləri də bu suların istirahət və müalicə əhəmiyyətini öyrənmişlər. Diyarın İran və digər yaxın Şərq ölkələrinə yaxınlığı, həm də çoxsaylı termal və mineral sular zaman keçdikcə bu yerlərə diqqəti artırmışdır.

Lənkəranda turizmin inkişaf etdirilməsi üçün hər cür imkanlar vardır. Lənkəran üçün bu imkanlardan ən mühümü ərazisində kifayət miqdarda termal və mineral suların olmasıdır. 36 termal və mineral bulaqlara 11 çıxışı olan İbadi su, 13 çıxışı olan Meşə su, 3 çıxışı olan Qavzau, 2 çıxışı olan Haftoni və s. termal suları bu sıraya daxildir.

Hələ qədimdən insanlar bu yerlərə gələrək müxtəlif xəstəlikləri mineral sularla müalicə etmişlər. 1958-ci ildən burada yerli əhali üçün sanatoriya tipli müalicə müəssisəsi, 1974-cü ildən isə SSRİ əhəmiyyətli Lənkəran Müalicə Pansionatı fəaliyyət göstərməyə başlamışdır. Azərbaycanın müstəqillik əldə etdikdən sonra bölgənin iqtisadiyyatının turizm istiqamətində inkişafı ilə bağlı təkliflər ön plana çıxmışdır.

Sovet hakimiyyəti illərində Lənkəran rayonu da daxil olmaqla Azərbaycanın termal və mineral suları elmi cəhətdən ətraflı öyrənilmiş, akademik M.Qaşqay və professor Ə.Əsgərov bu mövzuya monoqrafiyalar həsr etmişlər. Bakı Dövlət Universitetinin mərhum professoru Neron Babaxanovla birgə yazdığımız məqalədə biz də Lənkəranın turizm potensialında termal suların önəmindən bəhs etmişik. Avqust ayında bir həftə istirahət etdiyim Lənkəran rayonunun Haftoni qəsəbəsində yerləşən, hazırda turistlərə yüksək səviyyədə xidmət edən “Lankaran Springs Wellness Resorts” istirahət kompleksində olarkən arzu-istəklərimizin həyata keçməsindən böyük məmnunluq duydum.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 2018-ci il oktyabrın 15-də Lənkəran şəhərinə səfərləri zamanı “Lankaran Springs Wellness Resorts” Sağlamlıq İstirahət Mərkəzində görülən işlərlə maraqla tanış olmuş, dəyərli tövsiyələrini bildirmişlər. İnşasına 2016-cı ilin noyabr ayında başlanmış kompleks 2019-cu ilin iyun ayında istifadəyə verilmişdir. Bununla əhalinin illər uzunu “Lənkəran istisuyu” kimi tanıdığı məkan beynəlxalq sağlamlıq turizmi səviyyəsində fəaliyyətini davam etdirməyə başlamışdır.

Yeni istirahət mərkəzində dünya standartlarına tam cavab verən 12 hektara yaxın ərazidə 182 otaqlı 9 mərtəbəli mehmanxana, 2 mərtəbəli tibb mərkəzi, isti su hamamları, uşaq mərkəzi, qapalı və açıq avtodayanacaqları yaradılmışdır. Restoran, lobbi bar, roof bar, vitamin bar, boulinq bar, ictimai kafe, digər obyektlər, landşaft ərazi də daxil olmaqla bir sıra obyektlər fəaliyyət göstərir. Burada 300 nəfərdən çox insan daimi işlə təmin olunmuşdur.

Tibb mərkəzində əksər xəstəlikləri müalicə etmək üçün ixtisaslı 9 həkim, 30-dan artıq tibbi personal çalışır. Onlar bura tək müalicəyə deyil, eləcə də istirahət üçün gələnlərə yüksək səviyyədə tibbi xidmət göstərirlər. Bura Belarus, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən də müalicə və istirahət üçün çoxlu turistlər gəlir, şəfa tapırlar. Mərkəzdə bütün gün ərzində ilkin tibbi yardım göstərə biləcək həkim və tibbi işçilər növbəsi var. Turizm obyekti pasiyent sayından və mövsümdən asılı olaraq bəzən bazar günləri də fəaliyyət göstərir.

Tibbi Mərkəzə daxil olduqda ilk 1-2 gün ərzində müalicə paketlərinə daxil olan çekap müayinələrindən keçirilir. Sonra baş həkim Agəli Əliyev xəstələrlə söhbət aparır və onları müvafiq həkimlərə yönəldir. İlkin həkim baxışından sonra müalicə paketinin ilk gündən müalicəyə başlanılır. Həkim terapevt-nevroloq Cəmil Məmmədovun pasiyentlərə diqqətlə yanaşması, onları dinləyib, hətta prosedur otaqlarını belə göstərməsi hər kəsi razı salır. Cəmil həkim Rusiyanın Voronej şəhərində Burdenko adına Voronej Dövlət Tibb Universitetini bitirmiş, altı il orada işləmiş, sonra təcrübəli həkim kimi doğma vətəninə qayıdaraq xalqına xidmət edir.

Həkim radioloq, Azərbaycan Tibb Universitetini bildirmiş Vüsal Əzizov vaxtın qısa, müalicə olunanların çoxluğunu nəzərə alıb, hətta bazar günü də pasiyentləri USM-dən keçirir. Bütün bu işlərin yoluna qoyulub sənədləşdirilməsində, əlavə izah verilməsində, prosedur otaqlarına göndərilməsində qeydiyyatçı Fidan Məhərrəmova hamıya mehribanlıq, lazımi qayğı göstərir.

Baş tibb bacıları Arzu Xəlilova, Xədicə Piriyeva, mineral su vannalarında xidmət göstərən Vüsalə Hüseynova, inqalyasiya, parafinoterapiya müalicə edən Ramilə Muradova və başqaları işlərini sevə-sevə, həvəslə icra edir, müalicə olunanlara xoş əhval gətirməyə çalışırlar.

“İstisu” tibb mərkəzi müasir tələblərə cavab verən müalicə sağlamlıq kompleksidir. Burada müraciət edənlərə yüksəkixtisaslı həkimlər tərəfindən xəstəliklərinə uyğun olaraq müayinə və müalicə kursları təyin edilir. Sanatoriyanın əsas təbii müalicə vasitəsi termal mineral su vannalarıdır. Hazırda otel ərazisində 12 su mənbəyi yerləşir. ACACIA SPA Mərkəzi istirahət və sağlamlıq axtaranlar üçün ideal məkandır. Burada həm bədəninizi, həm də ruhunuzu yeniləyəcək müxtəlif xidmətlər təqdim olunur.

Mərkəzin imkanlarına qapalı və açıq hovuzlar, müalicəvi termal istisu hovuzları, quru və buxar saunaları, türk hamamları, rahat istirahət otaqları və müasir avadanlıqla təchiz olunmuş idman zalı da daxildir. Bundan əlavə, xarici terapistlərin təqdimatında müxtəlif masaj növləri insana dərin rahatlıq və bədəndə balans hissi bəxş edir. ACACIA SPA Mərkəzinin Spa &Fitness üzrə baş komanda rəhbəri Elnur Həmidli bütün otaqları göstərərək insanların sağlamlığına xidmət edən müalicələri həvəslə izah edirdi.

Dünyada turizmin inkişaf etdiyi ölkələrdə gəlirlərin 30-40 faizi əsasən ekskursiyalar hesabına əldə edilir. Azərbaycanda isə turist səfərlərinin nə qədər gəlir gətirdiyini tam deyə bilməsək də bu rəqəm yüksək deyil. Buna əsas səbəb göstərilən sahəyə dair təbliğatın müntəzəm aparılmaması, digər tərəfdən isə turist obyektlərinin yerləşdiyi ərazilərdə ekskursiyaların təşkil edilməməsidir.

Bəs Azərbaycanda tarixən turizmin ən çox inkişaf etdiyi bölgələrdən biri olan Lənkəranda necə? Lənkəran rayonunda turistlər və istirahət edənlər üçün ekskursiyalar təşkil etməklə rayon büdcəsinə çox böyük gəlir gətirmək olar. Lənkəran və onun ətrafında ekskursiyaları təşkil etmək üçün gəzməli, görməli yerlər çoxdur. Bu bölgənin həmin xarici ölkələrə yaxınlığı, Xəzər dənizi ilə əhatələnməsi və s. burada saysız-hesabsız ekskursiyalar təşkil etməyə imkan verir.

İsmayıl ƏLİYEV,
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:326
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri