Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində "Müəllimlər binası" kimi tanınan binada qeydə alınıb.
Xanbulan kənd sakini 34 yaşlı Allahşükür Ağazadə kirayə yaşadıqları mənzildə həyat yoldaşı 1997-ci il təvəllüdlü Rəvanə Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirib.
Atanın anaya endirdiyi bıçaq zərbələrindən bir neçəsi ananın qucağında olan övladı 2023-cü il təvəllüdlü H.A.-ya da dəyib.
Ağır xəsarət alan ana və azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 13 Oktyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















