Icma.az
close
up
RU
Lənkəran xalçaçılıq məktəbi sabaha üz tutub

Lənkəran xalçaçılıq məktəbi sabaha üz tutub

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lənkəranın çox qədim xalçaçılıq məktəbi, sənəti var. Burada sırf Lənkəran məktəbinin xalçaları toxunur.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Qədim el sənəti olan xalçaçılıq xalqımızın milli mədəniyyət tarixində özünəməxsus yer tutur. Ölkəmizin cənib bölgəsində də xalçaçılıq sahəsində zəngin təcrübə və ənənələr mövcuddur. Nənələr, qız - gəlinlər yüksək zövqlə toxuduqları xalçalarda yaşam tərzlərini, həyata baxışlarını, inanclarını ilmələrin dili ilə ifadə ediblər. Xalçalar gəlin köçən qızlara cehiz verilib, mənzilləri bəzəyib. Bu gün də Lənkəranda qədim el sənəti yaşayır və ənənələr davam etdirilir.

Prezident İlham Əliyevin “Lənkəran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” 2018-ci il 17 mart tarixli sərəncamı ilə Lənkəran şəhərində müasir memarlıq üslubunda xalça emalatxanası inşa edilib. Binanın ümumi sahəsi 1300 kvadratmetrdir. Burada toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu yerləşir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgah quraşdırılıb.

Emalatxananın rəhbəri, təcrübəli xalçaçı Nargilə Qənbərova ilə iş başında görüşüb söhbət etdik. Nargilə xanım ömrünün 45 ilini xalçaçılığa həsr edib. Lənkəran şəhərindəki 34 nömrəli texniki peşə məktəbində toxucu-xalçaçı peşəsinə yiyələnib. Sonra Bakı Yüngül Sənaye Texnikumunu (indiki Sənaye və Texnologiya Kolleci) bitirib. 1985-ci ildə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin Lənkəran filialında briqadir və sex rəisi işləyib. Xalçaçılıq sahəsində zəngin təcrübə qazanıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətinə görə respublikanın əməkdar mədəniyyət işçisi fəxri adına və “Tərəqqi” medalına layiq görülüb.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ildə Lənkəran şəhərində emalatxanası yaradılanda Nargilə Qənbərova emalatxanaya rəhbər təyin edilib. Müəssisənin açılışını həmişə fərəhlə, qürurla xatırladığını bildirən Nargilə xanım dedi:

– 2018-ci il oktyabr ayının 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Lənkərana növbəti səfəri çərçivəsində xalçaçılıq emalatxanasının açılışında iştirak etmələri kollektivimizi hədsiz sevindirdi. Dövlətimizin başçısı müəssisədə yaradılmış şəraitlə yaxından tanış oldu, xalçaçılarla söhbət etdi. Dövlət başçısı kollektiv qarşısında çıxış edərək demişdi: “Bu sənəti yaşadan sizsiniz. Mən ona görə sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Demək istəyirəm ki, Azərbaycanda xalçaçılığın çox böyük gələcəyi var. Biz qədim ənənələrimizi qorumaqla xalçaçılığı inkişaf etdiririk”.

Möhtərəm Prezidentimizin söylədiyi bu dəyərli fikirlər bizi daha yaxşı işləməyə ruhlandırdı. Demək olar ki, nəqliyyata qədər hər cür şəraitlə təmin olunmuşuq. Belə müasir, gözəl müəssisəni xalçaçı xanımların ixtiyarına verdiyinə görə dövlətimizin başçısına minnətdarıq.

Bu günlərdə ölkə başçısının “Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında” fərmanında qeyd olunduğu kimi, ipəkçilik və xalçaçılıq Azərbaycan xalqının zəngin tarixi-mədəni irsində mühüm yer tutan, kənd təsərrüfatı və yüngül sənaye sahələri ilə sıx əlaqədə formalaşmış ənənəvi sənətkarlıq sahələridir. Bu sahələrin inkişafı qeyri-neft-qaz sektorunun şaxələndirilməsinə, regionlarda məşğulluğun artırılmasına, yerli istehsalın və ixrac potensialının genişləndirilməsinə, habelə milli mədəni irsin qorunmasına və təbliğinə mühüm töhfə verir.

Kollektivimiz əmindir ki, yeni yaradılan cəmiyyət ipəkçiliyin və xalçaçılığın inkişafını, təbliğini və təşviqini, istehsal, emal, satış və ixrac fəaliyyətinin həyata keçirilməsini, xammal bazasının inkişaf etdirilməsini, milli sənətkarlıq irsinin qorunmasını vahid mərkəzdən idarə edəcək, bu sahələrin iqtisadi səmərəliyinin və rəqabət qabiliyyətinin artırılmasına, milli sənətkarlıq irsinin qorunması və təbliğinə yeni töhfələr verəcəkdir. İstehsal ediləcək brend məhsullar ölkəmizin xalçaçılıq, baramaçılıq və ipəkçilik şöhrətini uzaq diyarlarda tanıdacaqdır, – deyə Nargilə Qənbərova bildirdi.

Toxuculuq sexində hamı iş başındadır. Sıra ilə düzülmüş dəzgahların arxasında oturan xalçaçı qızlar müxtəlif ölçülü xalçaların toxunması ilə məşğuldurlar. Əsasən qədimliyi ilə seçilən orijinal xalça çeşnilərinə üstünlük verirlər. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla–müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Nargilə xanım məlumat verərək deyir ki, kollektiv sifariş əsasında işləyir. Hazırda sexdə Quba, Şirvan, Qarabağ qrupuna aid və eləcə də suvenir xalçalar toxunur. Əlbəttə, əl əməyi üstülük təşkil edir. Müəssisədə indiyə kimi müxtəlif ölçüdə 4 min 200 xalça istehsal olunub. Məhsul respublikamızın daxili bazarları ilə yanaşı, xarici ölkələrə də göndərilir. İndi keyfiyyətli xalçalara dünya bazarlarında tələbat var.

Müəssisədə peşəkar, təcrübəli ustalar alıcıların zövqlərinə uyğun, xarici bazarın tələbatına cavab verən xalçalar toxuyurlar. Lənkəran xalça emalatxanası keçən il qazandığı nailiyyətlərə görə respublikamızın xalçaçılıq müəssisələri arasında ikinci yerə çıxıb.

Xalçaçılar rayonun Kənarmeşə, Girdəni, Kərgəlan, Havzava kəndlərinin və Lənkəran şəhərinin sakinləridir. Onlar “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Peşəkarlıq, keyfiyyət həm də toxunan xalçaların ilmə sayına görə qiymətləndirilir. Əgər əvvəllər toxucular əməkhaqqını 1 kvadratmetrə görə alırdılarsa, indi ilməyə görə alırlar. Toxucu var ki, gündə 8-10 min ilmə vurur.

Sevda Cəbrayılova qabaqcıl toxuculardandır. Artıq 20 ildir ki, sevib seçdiyi xalçaçılıq sənətilə məşğuldur. Sexdə olarkən Sevda xanım çeşniyə baxıb naxışları xalçaya köçürürdü. Tünzalə Mirzəyeva və Rəvanə Rzayeva ilə birgə Qarabağ qrupuna aid olan “İllüziya əjdahalı” xalça toxunduğunu bildirdi.

Ceyhunə Babayeva da Lənkəran xalçaçılıq məktəbinin yetirməsidir. Artıq 14 ildir ki, bu sahədə çalışır. Müxtəlif çeşnilərdə xalçaları yüksək peşəkarlıqla, keyfiyyətlə toxuyur. Söhbət zamanı gündəlik 10 min ilmə vurduğunu bidirdi. Rəfiqələri Xanımnisə Abdullayeva və Sevinc Məmiyeva ilə suvenir xalçaları bir iş günü ərzində toxuyub təhvil verdiklərini dedi. Onu da qeyd edək ki, Ceyhunə Babayeva Azərbaycan xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Modern üslubda zərif ipək xalçalara dünya bazarında maraq və tələbatı nəzərə alaraq müəssisədə ipək xalçalar da toxunur. Ceyhunə xanım deyir ki, ipək sapdan xalça toxumaq çox vaxt və diqqət tələb edir. Ölçüsü 1 kvadratmetr olan ipək xalçanı 2 nəfər 3 aya toxuyur.

Lənkəranda xalça sənəti yeni inkişaf mərhələsini yaşayır. Xalça emalatxanasında toxunan xalçalar beynəlxalq satış-sərgilərdə nümayiş etdirilir və böyük maraqla qarşılanır. Müəssisədə çalışanlar səylərini artıraraq bu qədim el sənətinin ənənələrini yaşadır və gələcək nəsillərə ötürürlər.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2026 02:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri