Icma.az
close
up
RU
Lənkərançayda suyun səviyyəsi artıb qabaqlayıcı tədbirlər görülür FOTO

Lənkərançayda suyun səviyyəsi artıb qabaqlayıcı tədbirlər görülür FOTO

Icma.az, Azertag saytına istinadən bildirir.

Lənkəran, 4 fevral, İlkin Adıyev, AZƏRTAC

Dünən axşam saatlarından başlayaraq cənub bölgəsində müşahidə olunan intensiv və fasiləsiz yağışlar nəticəsində əksər çaylarda sululuq əhəmiyyətli dərəcədə artıb. Yağıntıların xüsusilə dağlıq və dağətəyi ərazilərə düşməsi çaylara daxil olan suların həcmini artırıb. Bu səbəbdən Lənkəran rayonu ərazisindən axan Lənkərançayda da suyun səviyyəsində yüksəlmə müşahidə olunur, axının sürəti əvvəlki günlərlə müqayisədə artıb.

Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin İrriqasiya sahəsinin rəisi Rakif Rufiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda Lənkərançayda, o cümlədən digər çaylarda suyun səviyyəsi təhlükəli həddi keçməyib və hər hansı fövqəladə vəziyyət qeydə alınmayıb. Onun sözlərinə görə, mövcud vəziyyət tam nəzarət altındadır və çayın müxtəlif hissələrində aparılan müşahidələr əsasında su səviyyəsində baş verə biləcək dəyişikliklər operativ şəkildə qiymətləndirilir.

R.Rufiyev qeyd edib ki, güclü yağıntıların davam edəcəyi ehtimalı nəzərə alınaraq, mütəxəssislər gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Hidrotexniki qurğuların, sahilbərkitmə tədbirlərinin və suötürücü kanalların texniki vəziyyəti mütəmadi olaraq yoxlanılır. Eyni zamanda, yaşayış məntəqələrinə və kənd təsərrüfatı sahələrinə mümkün risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

Qurumdan bildirilib ki, hazırda əhali üçün təhlükə yaradan hər hansı vəziyyət müşahidə olunmur. Monitorinqlər fasiləsiz davam etdirilir, zərurət yarandığı təqdirdə isə əlavə təhlükəsizlik və mühafizə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see366

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see227

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see194

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see175

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see170

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see154

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see146

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see140

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri