Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Lənkəranda 36 yaşlı kişi arvadını döydüyü üçün həbs edildi

Lənkəranda 36 yaşlı kişi arvadını döydüyü üçün həbs edildi

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Lənkəran şəhərində 1989-cu il təvəllüdlü Cavidan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Zamirəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 7-də Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində yerləşən 12 saylı körpələr evi-uşaq bağçasının qarşısında baş verib. 
Lənkəran sakini Cavidan həmin gün saat 17 radələrində keçmiş həyat yoldaşı ilə ailə mübahisə edib. 
Qadının onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onu itələyərək yerə yıxıb. Sağ ayaq nahiyyəsinə qəsdən təpiklə vurub, müxtəlif dərəcəli xəsarətlər yetirib.
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 
O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs keçmiş həyat yoldaşıdır: 
“Zamirə ilə 2018-ci ildə qeyri-rəsmi olaraq ailə həyatı qurmuşam və həmin nigahdan 2 övladımız olub. Övladlarımdan biri qız, biri isə oğlandır. Oğlum məni görmək istəsə də, qızım keçmiş həyat yoldaşımın təkidləri ilə mənimlə görüşmək istəmir. Əvvəllər zərərçəkmiş şəxs ilə münasibətlərimiz yaxşı olub”.
Müttəhimin ifadəsinə görə, 2023-cü ildən etibarən Zamirə ilə arasında narazılıqlar yaranmağa başlayıb: 
“Narazılığın əsas səbəbi zərərçəkmiş şəxsin anam Südabə ilə bir evdə yaşamaq istəməyərək, ayrıca evə çıxmaq istəməsidir. Buna görə də Zamirə iki ilə yaxındır ki, iki övladımı götürərək, atasının Lənkəran rayonunun kəndində yerləşən fərdi yaşayış evinə gedib, orada yaşayır. Lakin həmin müddət ərzində zərərçəkmiş şəxs övladlarımı görməyinə maneələr yaratdığı üçün aramızda narazılıqlar yaranıb”. 
Təqsirli bilinən şəxsin ifadəsinə görə, fevralın 7-də, saat 17 radələrində böyük övladını görmək üçün Lənkəran şəhərində yerləşən 12 saylı uşaq bağçasının qarşına gedib: 
“Bağçada qızım Səidəni gördüm və onunla təxminən saat yarım oynadım. Sonradan bağçaya arvadım da gəldi. Onunla bağçanın giriş qapısı tərəfdə qarşılaşdım və məndən uşaqla görüşməyimi istəmədiyini bildirdi. Bu zəmində aramızda mübahisə yarandı. Münaqişə zamanı yanımızda heç kim olmayıb. Arvadımın əlində olan çətiri alaraq sındırdım. 
O, isə həmin zaman yerə yıxıldı. Zamirəni orada vurmadım, yerə yıxmadım. Zərərçəkmiş ilə əvvəllər də münaqişələrimiz olub. Bununla bağlı barəmdə iki dəfə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi məhkəməyə göndərilib. Bir iş üzrə icraata barışdığımıza görə xitam verilib, digər iş üzrə isə barəmdə 4 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza verilib”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Zamirənin sözlərinə görə, əvvəllər təqsirli bilinən əri ilə münasibətləri yaxşı olsa da, lakin sonradan onunla arasında münasibətlər pisləşməyə başlayıb: 
“Buna görə də 2 ilə yaxındır ki, övladlarım ilə birlikdə atama məxsus evdə onunla birlikdə yaşayıram. Böyük övladım Səidəni 12 saylı uşaq bağçasına aparıram. 
Fevralın 7-də, saat 17 radələrində övladımı bağçadan götürmək üçünora getdim. Bağçasının qarşısında təqsirləndirilən şəxsin olduğunu gördüm. Ondan niyə bağçaya gəldiyini soruşdum. Cavidan ünvanıma nalayiq ifadə işlətdi, Səidəni görməyə gəldiyini bildirdim. 
Mən də ona etdiyi eyni sözlərlə cavab qaytardım. Bu zaman təqsirləndirilən şəxs məni itələyərək yerə yıxdı. Yerdə olan zaman təpiklə sağ ayaq nahiyyəmə bir neçə zərbə vurdu. Daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng elədim. Bunu görən Cavidan qaçaraq getdi. Sonra Lənkəran polisə ərizə ilə müraciət etdim”. 
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Cavidan 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Qeyd edək ki, müttəhim bundan əvvəldə bir neçə dəfə məhkum olunub. Onun ilk məhkumluğu 2025-ci ilə təsadüf edib. 
O, həmin il Səbail Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinib və 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Milli Məclisin 2016-cı il tarixli “Amnistiya” qərarına əsasən cəzadan azad edilib. 
Bundan başqa isə 2023-cü ildə Lənkəran Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə mühakimə edilib. 
Həmin icraat üzrə arvadını döydüyü üçün mühakimə edilsə də, onlar barışıb. Buna görə də həmin vaxt Cavidanın barəsində olan cinayət təqibinə xitam verilib. 
Cavidan 2024-cü ildə də arvadına şiddət göstərdiyi üçün Lənkəran Rayon Məhkəməsində mühakimə edilib. 
Həmin ittihamdan məlum olur ki, o, arvadını Lənkəran rayonunun kəndində yerləşən “Palıdlı Sahil” sanatoriyasının tibb məntəqəsinə aid otağında anasının yanında döyüb.
Bu cinayət işi üzrə ifadə verən Cavidanın sözlərinə görə, həmin dövrdə 5 ay olub ki, münasibətləri soyuduğundan arvadı uşaqlarıyla birgə öz atası evində yaşayıb. 
Hadisə günü, saat təqribən 15 radələrində “Palıdlı sahil” sanatoriyasında tibb bacısı kimi çalışan anamın işlədiyi yerə getdim. Anam mənimlə arvadımı barışdırmaq istədiyini, onu da söhbət etmək üçün çağırdığını bildirdi. Bir qədər sonra Zamirə də oraya gəldi. Hər üçümüz sanatoriyanın otaqlarının birində oturduq. Söhbət zamanı arvadımla aramızda mübahisə başladı. Bu zaman orada olan qayçını götürərək Zamirənin sol qoluna vuraraq, xəsarət yetirdim. Bu zaman arvadım əlini tutaraq ağlamağa başladı. Anam ona tibbi yardım göstərdi”. 
Həmin icraat üzrə Cavidan 4 ay müddətinə azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 İyul 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri