Budapeşt Praqa yüksəksürətli dəmir yolu layihəsi müzakirə edilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Budapeşt, 30 oktyabr, AZƏRTAC
Macarıstanın Baş naziri Peter Macyar ilə Çexiyanın Baş naziri Andrey Babiş Praqada ilk dəfə keçirilən birgə hökumətlərarası iclasda enerji, miqrasiya və nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, görüşdə Vişeqrad dördlüyünün (V4) paytaxtlarını birləşdirəcək yüksəksürətli dəmir yolu layihəsi də müzakirə edilib. Macyarın sözlərinə görə, marşrut gələcəkdə Budapeşt ilə Praqa arasındakı səyahət müddətini 3 saata, Budapeşt–Varşava yolunu isə 5 saata endirə bilər. Layihənin dəyəri 10 milyard avrodan çox qiymətləndirilir, 4 ölkə isə Aİ-nin növbəti yeddiillik büdcəsindən əhəmiyyətli vəsait almaq niyyətindədir.
Tərəflər nəqliyyat sahəsində, o cümlədən dəmir yolu investisiyalarında əməkdaşlığa dair memorandum imzalayıblar.
Macyar bildirib ki, hökumətlər geniş öhdəlikləri konkret layihələrə çevirmək, enerji şirkətlərini isə bir-birinin ölkəsində investisiya qoymağa təşviq etmək istəyir. O, Macarıstanın büdcəsində miqrasiya siyasətinə görə Aİ tərəfindən tətbiq olunan gündəlik 1 milyon avroluq cərimə üçün vəsait nəzərdə tutulmadığını təsdiqləyib və il sonuna qədər istisna əldə etməyə ümid etdiyini bildirib. Növbəti iclas yazda Budapeştdə keçiriləcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 30 Oktyabr 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















