Lənkəranda bu ərazi xüsusi xəritəyə salınıb
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lənkəranda bambuk yetişdirilən 32 sotluq ərazi xüsusi xəritəyə salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu fərdi sahibkar Eynulla Calalov Dövlət Turizm Agentliyinin Lənkəranan təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.
E.Calalov bildirib ki, təsərrüfatını ilk olaraq çay kənarında əkdiyi bambuk kolları hesabına qurub: "Hər koldan çıxan dörd-beş yeni pöhrəni ayıraraq təpəliklərdə əkdim. Sənətkarlıq klubunda çalışarkən sərgilər üçün suvenirlər tələb olunurdu. İlk dəfə bu bambuklardan kreslo, stol və xırda suvenirlər hazırlayıb sərgiyə çıxartdım. Bu əl işləri böyük marağa səbəb oldu, televiziya çəkilişlərindən sonra isə sifarişlərin sayı artdı."
Onun sözlərinə görə, 32 sotluq ərazidə yetişdirilən bambuklar yüksək məhsuldarlığı və sürətli böyümə dinamikası ilə seçilir: "Bu bambuklar yalnız Lənkəran-Astara zonasında bitir. Bitki cəmi 48-50 gün ərzində tam boy atır. Sahədən yaxşı gəlir götürmək mümkündür. Regionda məhz bu böyüklükdə bambuk ərazisinə və emalına görə təsərrüfatımız xüsusi xəritəyə də daxil edilib".
Sahibkar vurğulayıb ki, 32 sotluq plantasiyada yetişdirilən xammal hesabına bağ mebelləri və suvenirlər hazırlanır, həmçinin məhsullar Bakıda dekorasiya işləri və kənd təsərrüfatının müxtəlif sahələri üçün daxili bazara təqdim olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 09 Sentyabr 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















