Lənkəranda çay fabrikində lift qırılıb: Bir nəfər ağır xəsarət alıb
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Lənkəran rayonunda çay fabrikində bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yerləşən çay fabrikində qeydə alınıb.
Belə ki, ilkin məlumata görə, rayonun Aşağı Nüvədi kənd sakini, 1969-cu il təvəllüdlü Bəxtiyar Məmmədov liftin qırılması nəticəsində ağır xəsarət alıb.
B.Məmmədov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onun səhhəti ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan şəxs dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın boşluğunun küt travması, sol qaşüstü nahiyənin və sol qulaq seyvanının əzilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 15 Avqust 2025 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















