Lənkəranda çörək istehsalı sexində yoxlama aparılıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan müraciət əsasında Lənkəran şəhərinin İ.Səmədzadə küçəsində sahibkar Etibar Müzəffər oğlu Əkbərova məxsus çörək istehsalı sexində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
İstehsal obyektində sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl olunmadığı, həmçinin çörək məhsullarında etiketlənmənin aparılmadığı müəyyən edilib.
Sahibkar barəsində inzibati protokol tərtib olunub, çörək istehsalı sahəsi nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 17 Fevral 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















