Lənkəranda hamilə qadın ölü döl dünyaya gətirdi
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Lənkəranda altı aylıq hamilə qadın ölü döl dünyaya gətirib.
Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı məlumata görə, əslən Cəlilabad rayonunun Adnalı kəndindən olan Aygün Əhmətli səhhətində yaranan problemlə əlaqədar Lənkəran Regional Perinatal Mərkəzə müraciət edib.
Tibbi müayinə zamanı qadının bətnindəki dölün öldüyü müəyyənləşdirilib. Həkimlərin müdaxiləsi ilə ölü döl qadının bətnindən çıxarılıb.
Hazırda Aygün Əhmətlinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Qeyd edək ki, iki övladı olan Aygün Əhmətlinin bu, üçüncü hamiləliyi olub.
Sabutay, Bizim.Media, Cənub bürosu
Bu mövzuda digər xəbərlər:20 yaşlı qadın ölü uşaq dünyaya gətirdi
16 Noyabr 2024 12:05
Hamilə qadın pilotsuz taksidə uşaq dünyaya gətirdi
12 Dekabr 2025 16:36
Sabirabadda 20 yaşlı qadın ölü uşaq dünyaya gətirdi
21 May 2025 11:44
Azərbaycanda hamilə qadın maşında uşaq dünyaya gətirdi FOTO
23 Mart 2025 20:40
Yol bağlandı Hamilə qadın maşında körpə dünyaya gətirdi
23 Oktyabr 2025 13:43
Baxış sayı:53
Bu xəbər 23 Sentyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















