Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Lənkəranda keçirilən regional konfrans başa çatıb

Lənkəranda keçirilən regional konfrans başa çatıb

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sentyabrın 30-da Lənkəranda “Dövlət-din münasibətləri və müasir çağırışlar” mövzusunda keçirilən konfrans işini panel sessiyalarla davam etdirib.

XQ xəbər verir ki, konfransın “İdeoloji təhdidlərə qarşı maarifləndirmə işinin əhəmiyyəti” mövzusuna həsr olunan birinci panel sessiyasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov moderatorluq edib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov “Radikal dini qrupların metodik səhvləri və eksklüzivist din təhsilinin buradakı rolu” mövzusunda çıxış edib. Dini mətnlərin kontekstindən çıxarılaraq təqdim edilməsi, eləcə də məzhəblərin mütləqləşdirilərək dinin yeganə həqiqi təmsilçisi kimi təqdim edilməsi kimi mənfi tendensiyaları şərh edib.

Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlov radikalizm, ekstremizm, dini və ya siyasi fanatizm kimi təzahürlərin təkcə fərdləri deyil, bütöv cəmiyyətləri təhdid etdiyini bildirib. Qeyd edib ki, bu təhdidlərin qarşısını almağın yollarından biri ailə və cəmiyyətin  prosesdəki rolunun düzgün anlaşılması,  gücləndirilməsidir.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev hibrid təhdidlərə qarşı mübarizədə milli-dini kadr hazırlığının əhəmiyyəti və rolu mövzusunu şərh edərək bildirib ki, dövlətin konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsini təbliğ edən radikal dini ideologiyaların fəaliyyəti ən əsas ideoloji təhdidlərdən hesab edilir.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin moderatorluğu ilə “Vəhdət və həmrəylik: mənəvi dəyərlərimizin tərkib hissəsi” mövzusuna həsr edilən ikinci paneldə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov cəmiyyətdə vəhdətin pozulmasında məzhəb ayrı-seçkiliyinin rolu mövzusuna toxunub. Bildirib ki, məzhəblər müsəlman dünyasının reallığıdır. O qeyd edib ki, məzhəb ayrı-seçkiliyi fərqli dini, etnik qruplar arasında anlaşılmazlıq, habelə qarşıdurmalar yaradır, cəmiyyətdə sülh və sabitliyi sarsıdır.

Tədqiqatçı alim, Qahirə Universitetində Azərbaycan dili  müəllimi Seymur Nəsirov İslamda vəhdətin, eləcə milli-mənəvi dəyərlərə, adət-ənənələrə sadiqliyin önəmi barədə danışıb.  Görkəmli İslam alimlərinin ölkəmiz barədə fikirlərinə istinad edərək,  Azərbaycandakı vəhdətin, həmrəyliyin qorunub saxlanılmasının vacibliyini dilə gətirib.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev bildirib ki, İslam dini birliyi və həmrəyliyi əsas prinsip kimi qəbul edir. O vurğulayıb ki, vəhdət müsəlman cəmiyyətlərinin möhkəmliyinin təməlidir, fərqli məzhəblər və qruplar arasında sülhün, qarşılıqlı anlaşmanın qorunmasına xidmət edir.

Regional konfransın yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dini maarifçilik fəaliyyətinin əsas hədəfləri barədə danışıb.

Qeyd edək ki, Komitənin təşkilatçılığı ilə keçirilən regional konfransda müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də Lənkəran, Astara və Lerik rayonlarından olan din xadimləri iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see599

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see504

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see454

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see327

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see313

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see306

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see299

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see285

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see269

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see261

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see248

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see236

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see232

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see209

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see206

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see206

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see203

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see190

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see190

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri