Lənkəranda mağazada yanğın Alov digər obyektlərə keçib FOTO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Lənkəran şəhərində yerləşən mağazalardan birində yanğın hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə şəhərin "DOSA" adlanan ərazisində qeydə alınıb. Yanğınla bağlı əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Həmçinin polis əməkdaşları və təcili tibbi yardım briqadası da hadisə yerinə yönləndirilib. Əldə edilən məlumata əsasən, alov artıq ətrafdakı mağazalardan birinə də keçib. Polis əməkdaşları tərəfindən ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri görülür. Hazırda alovun digər tikililərə keçməsinin qarşısını almaq üçün yanğınsöndürmə işləri davam etdirilir.



Bu mövzuda digər xəbərlər:Lənkəranda mağazada baş vermiş yanğın söndürülüb YENİLƏNİB
25 İyul 2025 00:03
Lənkəranda mağazada partlayış olub ,satıcı xəsarət alıb FOTO
28 May 2025 13:06
Lənkəranda yanğın törədildi
11 Avqust 2025 14:50
Lənkəranda evə ildırım düşüb, yanğın olub FOTO
24 Aprel 2025 14:14
Lənkəranda fermada yanğın oldu
11 Fevral 2025 11:20
Baxış sayı:110
Bu xəbər 24 İyul 2025 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















