Lənkəranda qəzaya düşən ailənin son vəziyyəti açıqlandı: Yaralılardan 4 ü azyaşlıdır
Icma.az, Bakupost saytına istinadən bildirir.
Boradigah-Masallı avtomobil yolunun Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, hadisə VAZ-2107 markalı avtomobilin hərəkətdə olan zaman qarşıdan gələn "Mersedes" markalı avtomobillə toqquşması nəticəsində meydana gəlib.
Hadisə zamanı VAZ markalı avtomobildə olan, Lənkəran rayonunun Havzava kənd sakinləri - 1976-cı il təvəllüdlü Kəsirə Xudaverdiyeva, 1984-cü il təvəllüdlü Kərim Əliyev, 2010-cu il təvəllüdlü A.Xudaverdiyev, 2011-ci il təvəllüdlü K.Kərimli və 2012-ci il təvəllüdlü A.Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların bir ailənin üzvü olduğu deyilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, iyunun 10-u, saat 14:08-də Lənkəran rayonu, Girdəni kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər (3-ü kişi, 3-ü qadın olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Hər birinə zəruri ilkin tibbi xidmət göstərilib, müalicələri həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Yaralılardan 4-ü azyaşlıdır (Oxu.az).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 10 İyun 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















