Icma.az
close
up
RU
Lənkəranda “Sən elə bir zirvəsən!” adlı foto sərgi keçirilib FOTOLAR

Lənkəranda “Sən elə bir zirvəsən!” adlı foto sərgi keçirilib FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 11-də Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Lənkəran şəhərində “Sən elə bir zirvəsən!” adlı foto-sərgi keçirilib.

"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı və millət vəkili Fariz İsmayılzadənin təşkilati dəstəyi ilə baş tutan tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, millət vəkili Fariz İsmayılzadə və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. 

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan foto-sərgi Ümummilli Lider Heydər Əliyevin  və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yalnız böyük dövlət xadimi kimi yox, həm də xalqına sevgi və sədaqət nümunəsi ilə iz qoyub. Onun müdrikliyi, qətiyyətli siyasi iradəsi və yorulmaz zəhməti sayəsində Azərbaycan dövlətçiliyinin təməlləri möhkəmlənib, ölkəmiz çətin sınaqlardan alnıaçıq və üzüağ çıxıb. 1990-cı illərin ağır, taleyüklü günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanma təhlükəsindən xilas edib, sabitlik və inkişafın bünövrəsini qoyub. Bu gün iqtisadiyyatımızın, ordu qüdrətimizin, beynəlxalq nüfuzumuzun əsasını məhz onun uzaqgörən siyasəti formalaşdırıb.

İcra başçısı qeyd edib ki, Ulu Öndərin ən böyük arzusu azad, güclü, müasir Azərbaycan idi və bu gün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövlətinin bütün sahələr üzrə dayanıqlı və əsaslı inkişafı onun laiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi onun ideyalarının əbədi yaşarlığının ən böyük sübutudur.

Millət vəkili Fariz İsmayılzadə çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biridir, onun dövlətçilik təfəkkürü, siyasi iradəsi, xalqına olan sonsuz sevgisi hər bir azərbaycanlı üçün, xüsusilə də gənclərimiz üçün böyük nümunədir. Onun sözlərinə görə, sərginin təşkil olunmasında və arxiv materiallarının bir araya gətirilməsində əsas məqsəd lənkəranlı gəncləri Ümummilli Liderin Lənkərana olan səfərləri ilə tanış etmək, onlara yeni ilham və motivasiya verməkdir. Onun sözlərinə görə, nümayiş olunan hər bir foto Ulu Öndərin xalqa xidmət yolunu, onun prinsipiallığını, dövlətə bağlılığını və son nəfəsinə qədər Azərbaycan uğrunda çalışmasını əks etdirir.

Tədbirin bədii hissəsində şagirlərin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunan şeir və musiqilər səsləndirilib.

Bədii hissədən sonra tədbir iştirakçıları Azərtacın foto müxbiri Hacıağa Səlimovun lentə aldığı Ümummilli Lider Heydər Əliyevin Lənkəran rayonuna səfərlərini özündə əks etdirən fotolardan ibarət sərgiylə tanış olublar.

Tədbirdən sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə  “Gənclərin inkişafında Heydər Əliyev irsinin rolu” mövzusunda forum keçirilib. Forumda panel müzakirələrdən sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Dekabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri