Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Lənkəranda utancverici mənzərə: Tarix bank binası ilə əvəzlənib

Lənkəranda utancverici mənzərə: Tarix bank binası ilə əvəzlənib

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şirəli Axundov küçəsi Lənkəran şəhərinin əsasən küçələrindəndir. Şəhər mərkəzinə yaxınlığı ilə seçilən küçə ilə üzbəüz "Dostluq parkı", yol boyunca Lənkəran Xan Sarayı, Humanitar kollec, Gənclər mərkəzi, Regional Elmi Mərkəz kimi məşhur obyektlər yerləşir. Şəhər İcra Hakimiyyətinin binası da bu küçədədir.

Vaxtilə bu məşhur küçədə Azərbaycanın görkəmli bəstəkarı, dirijoru və Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi Əbdül-Müslüm Maqomayev yaşayıb. O, görkəmli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin babasıdır. Böyük bəstəkar 1905-ci ildən 1911-ci ilədək pedaqoji və musiqi fəaliyyətini Lənkəranda davam etdirib. O, Lənkərandakı dördsinifli şəhər məktəbində, 1 nömrəli orta məktəbdə müəllimlik edib, həmçinin nəfəsli alətlər orkestri, xor, eləcə də balalayka ansamblı təşkil edib. Bəstəkar 75 nəfərlik orkestrə dirijorluq etməklə yanaşı, bacanağı Üzeyir Hacıbəyliyə Lənkəranda yayılmış yerli xalq mahnılarının toplanmasında da köməklik göstərib.

Əbdül-Müslümün Lənkərandakı fəaliyyəti mədəniyyətin inkişafına mühüm töhfələr verib. Lənkəran teatr qrupunun Azərbaycan və rus dilində çıxışları "Bakı" qəzetinin "Müsəlman həyatı" məqaləsində xüsusi qeyd olunub.

Xatırladaq ki, 1936-cı ildə Bakıda yaranan Dövlət Filarmoniyası da Müslüm Maqomayevin adını daşıyır.

Ölkə.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

XIX əsrə məxsus taxta ev

Böyük bəstəkarın yaşadığı balaca, tarixi ev də yaşlı nəsil lənkəranlıların yaxşı yadındadır. Bəstəkarın yaşadığı evə vurulan "Bu evdə görkəmli bəstəkar Müslüm Maqomayev yaşamışdır (1906 - 1911)" sözləri yazılan xatirə lövhəsini də çox adam unutmayıb. Təəssüf ki, indi həmin taxta evdən əsər-əlamət qalmayıb. Xatirələrlə və mədəniyyətimizə töhfələrlə dolu o balaca evin yerində özəl banklardan birinin yeni, müasir binası ucalır. Ətrafda böyük bəstəkarın vaxtilə bu ərazidə yaşamasını göstərən nə bir xatirə lövhəsi, nə də barelyef var. Yerlə yeksan edilib sökülən ev kimi, sanki bəstəkarın xatirəsi də silinib. Kommersiya maraqları XIX əsrə məxsus evin, o cümlədən milli və mədəni dəyərlərin üzərindən xətt çəkərək izini də saxlamayıb.

Təəssüf ki, heç bir qurum - nə böyük bəstəkarın yaşadığı evin yerində fəaliyyət göstərən bank, nə abidələrin qorunmasına cavabdeh kimi Mədəniyyət Nazirliyi, nə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti heç olmasa xatirə lövhəsinin əraziyə qaytarılması üçün təşəbbüs göstərib.

Bank icra orqanlarından müraciət gözləyir

Məsələ ilə bağlı ərazidə özünə bina ucaltmış banka müraciət etdikdə sorğumuza cavab olaraq bildirildi ki, xatirə lövhəsinin qoyulması yaxın qohumların təşəbbüsü, müvafiq İcra Hakimiyyəti orqanın razılığı və göstərişi ilə təmin edilməlidir: "İcra orqanından müvafiq müraciət banka daxil olduğu təqdirdə, məsələyə tərəfimizdən baxılacaqdır".

Mədəniyyət Nazirliyi: "Bu məsələ nazirliyin səlahiyyətləri xaricindədir"

Mədəniyyət Nazirliyinə ünvanladığımız məktuba Aparat rəhbərinin müavini - sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfovun adından verilən yazılı cavabda qeyd edildi ki, Prezidentin 2009-cu il 19 avqust tarixli 444 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltaraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair Tədbirlər planı"na uyğun olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış Ekspert Komissiyası yalnız heykəltaraşlıq abidələrinin yüksək sənət meyarlarına, bədii yaradıcılıq, estetik tələblərə və ümumi görkəmə uyğunluğuna dair rəy verir: "Mədəniyyət Nazirliyi haqqında Əsasnamə"yə əsasən barelyefin quraşdırılmasına razılığın verilməsi nazirliyin səlahiyyətləri xaricindədır".

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Rauf Axundovdan da oxşar cavabı aldıq: "Məsələyə münasibət bildirilməsi səlahiyyətimiz xaricindədir".

İcra hakimiyyəti barelyefin qoyulacağını vəd edir

Lənkəran şəhər İcra hakimiyyətinə ünvanladığımız sorğunun cavabında isə İctimai-siyasi və humanitar məsələlər sektorundan bildirildi ki, ərazidə barelyefin qoyulması təşəbbüsü təqdirəlayiqdir: "Məktubunuz icra hakimiyyətinin başçısına təqdim olunub. Cənab başçı görkəmli bəstəkarın memorial lövhəsinin qoyulması ilə bağlı tədbirlərin görülməsi və bəstəkarın yaşadığı küçədə xatirəsini əks etdirən lövhənin qoyulması ilə bağlı tapşırıq verib. Hazırda xatirə lövhəsinin hazırlanması ilə bağlı sifariş verilib". İH rəsmisinin sözlərinə görə, hazırlıq işləri bir qədər vaxt aparacaq: "Bu işləri həyata keçirməyə bir az vaxt lazım olacaq. Lövhənin vurulacağı yerdə abadlıq işləri də görüləcək. Hesab edin ki, bu məsələ artıq müsbət həllini tapıb".

Hər bir vətəndaşı narahat etməli olan məsələ

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov qeyd etdi ki, əslində bu cür məsələlər hər bir vətəndaşı narahat etməlidir: "Təəssüf ki, ümumilikdə abidələrin bərpası işinə nəzarət zəifdir. Abidələr sökülür, dağıdılır, yerində müxtəlif obyektlər tikilir. Görkəmli bəstəkarın yaşadığı ərazidə də onun barelyefi və ya xatirə lövhəsi vurula bilərdi. Ev sökülübsə və yerində bank fəaliyyət göstərirsə belə, ərazidə Müslüm Maqomayevin orada yaşaması ilə bağlı bir xatirə qorunub saxlanmalı idi. Bu, vacibdir. Yoxsa belə laqeyd münasibət mədəni dəyərlərimizin dağılmasına gətirib çıxarır…"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Fevral 2026 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri