“Lənkəran”ın baş məşqçisi: “Zədələnmiş oyunçularımızın çatışmazlığı hiss olundu”
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Rəqib bərbad top itkilərimizdən sonra fərqlənib irəli çıxdı”.
İdman.Biz xəbər verir ki, bunu “Lənkəran” klubunun baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının V turunda “Ordu” ilə oyundan sonra komandanın mətbuat xidmətinə açıqlamasında deyib.
O, məğlubiyyətin səbəbləri haqqında danışıb:
“Qarşıya qoyulan tapşırıqları qismən deyil, tam şəkildə yerinə yetirsəydik, oyun fərqli nəticələnə bilərdi. O zaman bu cür rəqibə qarşı daha yaxşı oynamaq şansımız olardı. Rəqib bərbad top itkilərimizdən sonra fərqlənib irəli çıxdı. Çox top itkilərinə yol verdik və ilk hissədə hücumdakı oyunumuzu dəyişə bilmədik.
Zədələnmiş oyunçularımızın çatışmazlığı hiss olundu və bu, xüsusilə dördüncü hissədə özünü göstərdi. Hazırda zədə problemi yaşayırıq, bu da tam təlim-məşq toplanışı keçə bilməməyimizin nəticəsidir. Buna baxmayaraq işimizi davam etdirəcəyik”.
Qeyd edək ki, “Ordu” “Lənkəran”la görüşdə 91:79 hesablı qələbə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 30 Oktyabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















