Leonardo DiKaprio sevgilisi ilə Nyu Yorkda velosiped gəzintisində görüntüləndi
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hollivud ulduzu Leonardo DiKaprio sevgilisi, italiyalı model Vittoria Çeretti ilə ABŞ-nin Nyu-York şəhərində velosiped sürərkən kameralara tuş gəlib.
Sherg.az xəbər verir ki, 51 yaşlı "Oskar" mükafatlı aktyor üç ildir münasibətdə olduğu 28 yaşlı Vittoria Çeretti ilə şəhər velosipedlərini icarəyə götürərək gəzintiyə çıxıb.
DiKaprio hər zamankı kimi şapka, gün eynəyi və maska ilə görünüşünü gizlətməyə çalışsa da, isti hava səbəbindən bir müddət maskasını çənəsinə endirib. Gəzintidən sonra cütlük velosipedləri təhvil verib və musiqiçi Robin Tik ilə qısa söhbət edib.
Leonardo DiKaprio ilə Vittoria Çerettinin münasibəti 2023-cü ildə ictimaiyyətə məlum olub. Cütlük şəxsi həyatlarını əsasən mediadan uzaq saxlamağa üstünlük verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 10 İyul 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















