Icma.az
close
up
RU
Leonid Kravçukun buraxdığı ölümcül səhv Ukraynanı yaman günə QOYDU

Leonid Kravçukun buraxdığı ölümcül səhv Ukraynanı yaman günə QOYDU

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və Ukraynanın 1.900 nüvə başlığı necə oldu?

Pakistanın 9-cu baş naziri (1973–1977) və 4-cü prezidenti (1971–1973) Zülfüqar Əli Bhutto hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb və edam olunub. Buna baxmayaraq o, Pakistanın ən məşhur dövlət xadimləri sırasında yer alır. 1969-cu ildə onun “The Myth of Independence” (“Müstəqilliklə bağlı mif”) adlı kitabında belə bir hissə var:
"Pakistan vuruşacaq, min il vuruşacaq. Hindistan atom bombası düzəltsə, Pakistan ot və ya yarpaq yeyəcək, hətta ac qalacaq, amma biz (Pakistan) öz atom bombamıza sahib olacağıq... Bizim (Pakistan) başqa seçimimiz yoxdur!".
Başqa bir çıxışında isə o bu məsələyə belə bir yanaşma sərgiləmişdi: “Atom bombası xristianlarda, yəhudilərdə var idi, indi isə induistlərdə var. Niyə müsəlmanlarda olmasın?”.

Bunu niyə xatırlatdım? 1991-ci ildə SSRİ dağılanda Ukraynada 1.900 nüvə başlığı vardı. 1994-cü ildə Qərbin təkidi ilə Ukrayna, Belarus və Qazaxıstanda olan nüvə silahı Rusiyaya daşındı. Proses 1996-cı ildə yekunlaşdı. O vaxt ABŞ prezidenti olan respublikaçı Corc Buş (ata) təkid edirdi ki, nüvə silahı Rusiyaya daşınsın. Niyə? Amerika hesab edirdi ki, 4 ölkədə nüvə silahının olması gələcəkdə problem yarada bilər. Demokrat prezident Bill Klinton da bu xətti davam etdirdi...
Rəhmətlik Zülfüqar Əli Bhutto “Pakistan ot və ya yarpaq yeyəcək, hətta ac qalacaq, amma atom bombasına sahib olacaq” deyəndə nə qədər haqlı idi. İndi mən soruşuram: Ukraynada 1.900 nüvə başlığı olsaydı Rusiya ora hücum edərdimi? Əlbəttə ki, yox. Rusiya Ukraynanı işğal etməyi xəyal belə etməzdi...
Eləcə də Qazaxıstan. Bəllidir ki, Rusiya Qazaxıstanın da böyük bir hissəsini işğal etmək arzusundadır. Nüvə silahı olmayan Qazaxıstan Rusiyanın qarşısında duruş gətirə bilərmi? Çətin məsələdir...
Faktiki olaraq Amerikanın yeritdiyi sərsəm siyasət Ukraynanı tərk-silah edib. Bu isə Rusiyanın iştahanı artırdı. Ona görə də Amerika Ukrayna probleminə görə daha çox məsuliyyət daşıyır. Eləcə də digər Qərb ölkələri. Çünki bu məsələdə onlar da ABŞ ilə həmfikir idi...

Ukraynanın o vaxtı rəhbərliyi Leonid Kravçuk (1991-1994) bu proses zamanı uzaqgörənlik nümayiş etdirə bilmədi. 1.900 nüvə balığının müqabilində Rusiyadan müəyyən qədər pul qopartmağa çalışdılar. Rusiya da elə bilin ki, 100 manatlıq şeyi 5 qəpiyə aldı. Ancaq Leonid Kravçuk sonda səhv etdiyini anladı. Və Rusiyaya verilən nüvə başlıqları müqabilində beynəlxalq qarantiya almaq üçün hərəkətə keçdi. Nəticədə Budapeşt memorandumu - 5 dekabr 1994-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT-in konfransında Belarus, Qazaxıstan və Ukraynanın Nüvə silahının yayılmaması müqaviləsinə qoşulması ilə bağlı təhlükəsizlik təminatlarını təmin etmək üçün sənədlər imzalandı. Üç nüvə dövləti - Rusiya, ABŞ və Böyük Britaniya bu sənədə imza atdı. Digər nüvə gücləri sayılan Çin və Fransa isə bu sənədin nisbətən yumuşaq variantına qol qoydu. Memorandumda həmçinin Ukrayna, Belarus və Qazaxıstanın ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı ola biləcək təhdidlərə və ya güc tətbiqinə qarşı da təhlükəsizlik təminatları öz əksini tapıb. Bu memorandum nəticəsində Belarus, Qazaxıstan və Ukrayna nüvə silahlarından imtina etməli oldu. Ancaq bəzi analitiklər deyir ki, Budapeşt memorandumu rəsmi sənəd deyil. Ona görə də elə bir gücü yoxdur. Ukraynada daha sonra iqtidara gələn Leonid Kuçma (1994-2005) da bu prosesi durdura bilmədi. Siyasət elə bir şeydir ki, dövlətin başında duran adam ayıq-sayıq olmalıdır. Leonid Kravçukun o vaxt buraxdığı ölümcül səhv indi Ukraynanı yaman günə qoyub. Ölkənin 20 faizi işğal altındadır. 10 milyondan çox insan Ukraynanı tərk edib. Ölkə xarabalığa çevrilib...
Elbəyi Həsənli,
Sürix

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Mart 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri